Məhkəmə qərarları › İş №3(014)-33/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-33/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-33/2021 08.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:10 radələrində idarə etdiyi “VAZ-21063” markalı 03BJ960 dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin tam kütləsiunin və bu kütlənin oxlar üzrə paylanmış ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması və yaxud idarə etmə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etməklə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkət qaydalarını müxtəlif üzullarla davamlı olaraq pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin342.2.3-cü və 511.1-ci maddələrinin tələbini pozmuşdur. Buna görə onun barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində qismən təqsirli bildi və xx xxxxxx 2021-ci il tarixdə saat 22:10 radələrində yaşadığı kəndə çatmağa tələsdiyi üçün özünə məxsus “VAZ-21063” markalı 03BJ960 dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə etdiyini, buna görə də əvvəldən arxasınca YPX-nin əməkdaşlarının gəlməsindən xəbərsiz olduğunu, bir də kəndə çatanda Ağdaş rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşlarının avtomobillə onun arxacınca gəldiklərindən xəbəri olduğunu, etdiyi xətalara görə əməlindən peşman olduğunu, bir daha belə hallar yol verməyəcəyini bildirdi. İş üzrə şahidlər Ağdaş rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin polis nəfərləri X1, X2, X3 və Mirzəyev Rövşən Elburus oğlu məhkəmə iclasında Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkət qaydalarını müxtəlif üzullarla, yəni nəqliyyat vasitəsinin tam kütləsiunin və bu kütlənin oxlar üzrə paylanmış ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması və yaxud idarə etmə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etməklə davamlı olaraq pozduğu üçün “VAZ-21063” markalı 03BJ960 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə göy-sayrışan işıqlarla və səs gücləndirici ilə saxlanma işarəsi verdiklərinə baxmayaraq sürücü Şəxs saxlama işarəsinə bilərəkdən qəsdən tabe olmayaraq hərəkətini davam etdirdiyini, həmin sürücüyə Ağdaş-Ləki yolunda yenidən saxlama işarəsi verdiklərini, lakin sürücünün üfiqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradaraq hərəkətini davam etdirdiyini, saxlama işarəsinə tabe olmadığını, buna görə də onu Polis Şöbəsinə dəvət etdiklərini billdirdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında materiala əlavə edilmiş diskə baxış keçirilərkən Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:10 radələrində idarə etdiyi “VAZ-21063” markalı 03BJ960 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkət qaydalarını müxtəlif üzullarla davamlı olaraq pozduğu müəyyən olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş Ağdaş RPŞ-nin xx xxxxxx 2021-ci il tarixli arayışından məlum olur ki, Şəxs idarə etdiyi avtomobilin üzərində hal-hazırda 710 manat ödənilməmiş cərimə borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxudtormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsisnə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsadsən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şəhr edilməsinə dair qərarına görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm, hesab edirəm ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli qərarın qəbul edildiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən, saat 15:10-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1998-ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində iyirmi gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 15:10-da hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə və Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar