Məhkəmə qərarları › İş №3(014)-332/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-332/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-332/2020 26.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis başleytenantı X8 iştirakı ilə X3 Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayon Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsindəşəxsi münasibətlər zəmnində X1 sakini Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. X4 haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə X6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Azər adlışəxs tərəfindən döyülməsini bildirmişdir. Eyni zamanda X6 xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-na ərizə ilə müraciət edərək Azər adlışəxsin onu onu döyərək ona xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə müraciət edərək xx.xx.2020-ci il tarixdə X3 onu döyərək ona xəsarət yetirdiyini bildirmişdir və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 xx xxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan X3 və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış xx xxxx 2020-ci il tarixli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Zərərçəkmiş şəxs və X3 barələrində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilsin. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X11 izah etdi ki, x xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayon, Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsindəşəxsi münasibətlər zəmnində X1 sakini Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. X3 haqqında Azərbaycan RespublikasıİXM-nin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X6 izah etdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanıdığını, əvvəllər aralarında heç bir mübahisənin və ya münaqişənin olmadığını xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsinə baxmağa getdiyini, beş baş iribuynuzlu heyvanları otlamasını gördüyünü, yonca sahəsindən həmin heyvanlarıçıxartdığını, daha sonra evə geri qayıtmaq istəyərkən heyvanların yenidən onun yonca sahəsinə girmələrini gordüyünü, yenə heyvanları yonca sahəsindən çıxaran zaman heyvanların onun yonca sahəsindən çıxaran zaman heyvanların sahibi Azər Nizami oğlunun onun sahəsinin yanına gəldiyini və həmin vaxt atın belində olduğunu, Azər həmin vaxt heyvanlarına nəzarət etməməsinə və həmin eyvanların ona məxsus torpaq sahələrinə daxil olmalarına görə iradını bildirdiyini, Azərin isə həmin vaxt onunla kobud danışdığını və “yaxşı edirəm” deyə cavab verdiyini Azər onunla kobud danışmamasını və heyvanlara nəzarət etməsini söylədiyini lakin Azərin onun sözlərinəəhəmiyyət vermədiyini və ona nalayiq ifadə içlətdiyini, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Azərin atı ilə ətrafında fırlandığını və onun çiynindəki lapatkanıəlindən alıb, həmin lapatkanın sapı ilə bir dəfə onun sol sifət nahiyəsinə, bir dəfə başının arxa hissəsindən və bir dəfədə sol qarın nahiyəsindən vurduğunu, həmin vaxt lapatkanı Azərin əlindən almağa çalışdığını, lakin lapatkanı onun əlindən ala bilmədiyini, Azərin isə yenidən ona nalayiq ifadələr işlədərək çıxıb getdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Azər ilə aralarında olan mübahisənin və dava-dalaşın xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yerləşən onlara məxsus torpaq sahəsində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, Azəri vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Azərə nalayiq ifadələr işlətmədiyini, lakin Azərin ona qarşı nalayiq ifadələr işlətdiyini, dava-dala zamanı Azərin onun əlindən aldığı lapatkanın sapı ilə bir dəfə onun sol sifət nahiyəsinə, bir dəfə başının arxa hissəsindən və bir dəfədə sol qarın nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada özü və Azərdən başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs tanıdığını, Şahinin Ağdaş rayon Nemətabad kənd sakini olduğunu, Şahin iləəvvəllər aralarında dava-dalaş və ya mübahisə baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu Nemətabad kənd yaxınlığında yerləşən ğzünə məxsus torpaq sahəsindən çıxıb onun tərəfə gəldiyini, həmin vaxt Şahinin ona nalayiq ifadə işlətdiyini, Şahinəüç dəfə ”kimnənsən” deyə söylədiyini, Şahin də, hər dəfəsində ona söylədiyini bildirdiyini, Şahinə ona qarşı nalayiq ifadə işlətməsini söylədiyini, lakin Şahinin onun sözlərinəəhəmiyyət vermədiyini, buna görə də, aralarında mübahisə baş verdiyinin, mübahisə zamanı at belində olduğunu, həmin vaxt Şahinin ona yaxınlaşan kimi əlindəki lapatqa ilə onu vurmaq istəyərkən atın hürkdüyünü vəşahinin onu vurmaq isdədiyi lapatqanın atın yəhərinə dəydiyini, həmin vaxt tez lapatqanı dartıb Şahinin əlindən aldığını, həmin vaxt Şahinin bir dəfə yumuruqla onun sağ ayaq nahiyəsinə vurduğunu, daha sonra isə yerdən daş götürərək bir dəfə də, sağ qol nahiyəsindən vurduğunu, bundan sonra oradan çıxıb getdiyini, Şahinin isə yenə onun arxası ilə ona nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmcinin Zərərçəkmiş şəxs izahatında Şəxs xx.xx.2020-ci il tarixdəŞahini vurmadığını, ona hec bir xəsarət yetirmədiyini, aralarındakı dava-dalaş zamanıözü xəsarət aldığını, Şahini bir dəfə yumuruqla onun sağ ayaq nahiyəsindən və bir dəfə də, daşla sağ qol nahiyəsindən vurduğunu, dava-dalaş zamanıŞahinə nalayiq ifadələ işlətmədiyini, lakin Şahinin ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı orada özü vəşahindən başqa heç kimin olmadıqını,yaranmış səs küyədə heçkinin gəlmədiyini gözsərmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs X3 barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X6 Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 373 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldırın aşağı 1/3-nin bayır səthinin qançırı küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə X3 haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X3 şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladşırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X6 təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1979-cu il tarixdə Ağdaş rayon, Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndindəyaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar