Məhkəmə qərarları › İş №3(014)-332/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-332/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-332/2022 20.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş şəhəri, S,Səlimoğlu küçəsində ucadan nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə 19 iyun 2022-ci il tarixdə Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq 20 iyun 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və 19 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş şəhəri, S,Səlimoğlu küçəsində yolun kənarı ilə gedərkən polis əməkdaşını görüb qorxub qaçdığını, polisin arxasınca gəldiyini görüb nalayiq ifadələr işlətdiyini, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, polislərlə mübahisə etdiyini, onların tələbinə tabe olmadığını, sonra isə polislərdən etdiyi əmələ görə üzr istədiyini, əməlindən peşman olduğunu və bir daha bu kimi hallara yol verməyəcəyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin CAB-nin əməliyyatçısı X2 məhkəmə iclasında verdiyi ifadəsində 19 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş RPŞnin NMQ-nin əməliyyat müvəkkili X1 ilə birlikdə xidməti vəzifəmizi yerinə yetirən zaman Ağdaş şəhəri, S,Səlimoğlu küçəsində bir nəfər şəxsin hərəkətdə olduğunu və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istədiklərini, bu zaman onun Ağdaş rayon Dəhnəxəlil kənd sakini Şəxs Nazim oğlu olduğunu bildiklərini, həmin vaxt həmin ərazidə oğurluq hadisəsi olduğu üçün onu rayon Polis Şöbəsinə dəvət etdikdə onu itələyib qaçdığını, onun arxasınca getsələr də, Şəxs Nazim oğlunun ucadan nalayiq ifadələr işlədərək qaçdığını, onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadığını və öz hərəkətlərini davam etdirdiyini, sonra onu Polis Şöbəsinə gətirdiklərini və hadisə barədə şöbənin rəhbərliyinə raportla məruzə etdiyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin NMQ-nin əməliyyatçısı X1 məhkəmə iclasında verdiyi ifadəsində 19 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş RPŞnin CAB-nin əməliyyatçısı X2 ilə birlikdə xidməti vəzifəmizi yerinə yetirən zaman Ağdaş şəhəri, S,Səlimoğlu küçəsində bir nəfər şəxsin hərəkətdə olduğunu və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istədiklərini, bu zaman onun Ağdaş rayon Dəhnəxəlil kənd sakini Şəxs Nazim oğlu olduğunu bildiklərini, həmin vaxt həmin ərazidə oğurluq hadisəsi olduğu üçün onu rayon Polis Şöbəsinə dəvət etdikdə onu itələyib qaçdığını, onun arxasınca getsələr də, Şəxs Nazim oğlunun ucadan nalayiq ifadələr işlədərək qaçdığını, onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadığını və öz hərəkətlərini davam etdirdiyini, sonra onu Polis Şöbəsinə gətirdiklərini və hadisə barədə şöbənin rəhbərliyinə tərəfindən raportla məruzə etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş ******* №-li inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs 19 iyun 2022-ci il tarixdə saat 22:30 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş 20 iyun 2022-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 01 iyun 2020-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alınmaqla onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 31.4- 1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (bir yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar