Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-333/2020 26.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kənd ərazisində yerləşən çöl torpaq sahəsində Zərərçəkmiş şəxs ilə Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə və dava dalaş baş vermiş, mübahisə zamanı onlar bir birlərinə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Azər adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Ağdaş RPŞnə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azər Nizami oğlunun onu döyərək ona xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Şəxs ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək xx.xx.2020-ci il tarixdə X1 onu döyərək ona xəsarət xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kənd ərazisində yerləşən çöl sahəsində şəxsi münasibətlər zəminində dava-dalaş zamanı Şəxs və Zərərçəkmiş şəxs bir-birilərini döyərək qarşılıqlı olaraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikləri müəyyən edilmiş, cinayət işinin başlanılması rədd edilmiş, qərarının surətinin Kəlbəcər rayonu Soyuqbulaq kəndində qeydiyyatda olan, Ağdaş rayonu Şıxlı kəndində müvəqqəti məskunlaşmış məcburi köçkün xx.xx.1985-ci il təvəllüdlü Şəxs və Ağdaş rayon Nemətabad kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü X2 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X8 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kənd ərazisində yerləşən çöl sahəsində dava-dalaş zamanı Şəxs və Zərərçəkmiş şəxs ilə bir-birilərini döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdirlər. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Zərərçəkmiş şəxs tanıdığını, Şahinin Ağdaş rayon Nemətabad kənd sakini olduğunu, Şahin ilə əvvəllər aralarında dava-dalaş və ya mübahisə baş vermədiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələində Ağdaş rayonu, Nemətabad kənd ərazisində yerləşən torpaq sahəsinin yanında olduğunu, həmin vaxt Şahinin də, onun torpaq sahəsinin yaxınlığında yerləşən özünə məxsus torpaq sahəsindən çıxıb onu tərəfə gəldiyini, həmin vaxt Şahinin ona nalayiq ifadə işlətdiyini, Şahinə üç dəfə “kimləsən” deyə söylədiyini, Şahinin də hər dəfəsində ona söylədiyini bildirdiyini, Şahinə ona qarşı nalayiq ifadə işlətməməsini söylədiyini, lakin Şahinin onun sözlərinə əhəmiyyət vermədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı at belində olduğunu, həmin vaxt Şahinin ona yaxınlaşan kimi belindəki lapatqa ilə onu vurmaq istədiyərkən atın hürkdüyünü və Şahinin onu vurmaq isdədiyi lapatqanın atın yəhərinə dədiyini, həmin vaxt tez lapatqanı dartıb Şahini əlindən aldığını, həmin vaxt Şahinin bir dəfə yumuruqıla onun sağ ayaq nahiyyəsindən vurduğunu, daha sonra isə yerdən daş götürərək bir dəfə də, sağ qol nahiyyəsindən vurduğunu, bundan sonra ordan çıxıb getdiyini, Şahininisə yenə onun arxası ilə ona nalayiq ifadələr işlətdiyini bildirmişdir. X10 izahatında Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə onun tərəfindən döyülməsini bildirməsi barədə Zərərçəkmiş şəxs yalan danışdığını, xx.xx.2020-ci il tarixdə Şahini vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, aralarındakı dava-dalaş zamanı özü xəsarət aldığını, Şahinin bir dəfə yumuruqla onun sağ ayaq nahiyyəsindən və bir dəfə də daşla sağ qol nahiyyəsindən vurduğunu, dava-dalaş zamanı şahinə nalayiq ifadələər işlətmədiyini, lakin Şahinin ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı orada özü və Şahindən başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Azər Nizami oğlunu tanıdığını, Azərin məcburi köçkün olduğunu və Ağdaş rayon ərazisində yerləşən “Biyan zavodun yaxınlığında yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığı kənddə yerləşən, yonca əkdiyi özünə məxsus torpaq sahəsinə baxmağa getdiyini, torpaq sahəsinə yaxınlaşan zaman həmin sahədə 5 baş iribuynuzlu heyvanların otlamasını gördüyünü, yonca sahəsindən həmin heyvanları çıxardığını, daha sonra yaşadığı evə geri qayıtmaq istəyərkən heyvanların yenidən onun yonca sahəsinə girmələrini gördüyünü, yenə heyvanları yonca sahəsindən çıxaran zaman heyvanların sahibi Azər Nizami oğlunun onun sahəsinin yanına gəldiyini və həmin vaxt atın belində olduğunu Azərə həmin vaxt heyvanlarına nəzarət etməməsinə və həmin heyvanların ona məxsus torpaq sahəsinə daxil olmalarına görə iradını bildirdiyini, Azərin isə həmin vaxt onunla kobud danışdığını və “yaxşı edirəm” deyə cavab verdiyini, Azərə onunla kobud danışmamasını və heyvanlarına nəzarət etməsini soyədiyini, lakin Azərin onun sözlərinə əhəmiyyət vermədiyini və ona nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisə baş veriyini, mübahisə zamanı isə Azərin at ilə ətrafında fırlandığını və onun çiynindəki lapatqanı əlindən alıb, həmin lapatqanın sapı ilə bir dəfə onun sol sifət nahiyyəsindən, bir dəfə başının arxa hissəsindən və bir dəfə də, sol qarın nahiyyəsindən vurduğunu, həmin vaxt lapatqanı Azərin Əlindən almağa çalışdığını, lakin lapatkanı onun əlindən ala bilmədiyini, Azərin isə yenidən ona nalayiq ifadələr işlədərək çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Azər ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 18:30 radələrində ona məxsus Ağdaş rayonu Yuxarı Nemətabad kənd ərazisində yerləşən çöl torpaq sahəsində baş verdiyini və 3-5 dəqiqə davam etiyini, dava-dalaş zamanı Azəri vurmadığını, ona heç bir xəsarət yetirmədiyin, dava-dalaş zamanı Azərə nalayiq ifadələr işlətmədiyini, lakin Azərin ona qarşı nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Azərin onun əlindən aldığı lapatqanın sapı ilə bir dəfə onun sol sifət nahiyyəsindən, bir dəfə başının arxa hissəsindən və bir dəfə də, sol qarın nahiyyəsindən vurduğunu, dava-dalaş zamanı orada özü və Azərdən başqa heç kimin olmadığını, yaranmış səs küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 322 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –üzün sol almacıq nahiyəsinin şişkinliyi, sıyrığı, sol sarğının yuxarı bayır kvadratının yumuşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici və ağırladırıcı haların olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1985-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işsiz, Ağdaş rayonu,Şıxlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-333/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-333/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver