Məhkəmə qərarları › İş №3(014)-335/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-335/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-335/2020 10.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs T.Şərifovun iştirakı ilə, X3 Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X9 məhkəmə iclasında şikayətini müdafiə edərək Ağdaş rayonununda kolxoz bazarında meyvə-tərəvəz satışı ilə məşğul olduğu zaman Ağdaş rayon Polis Şöbəsinin İTBnin sahə müvəkkili, polis leytenantı X2 ona yaxınlaşaraq karantin qaydalarını pozduğunu bildirdiyini, sahə müvəkkilinə buna icazəsinin, yəni Ağdaş rayonunda kolxoz bazarında meyvətərəvəz satışı ilə məşğul olması barədə rəsmi arayışının olduğunu, lakin arayışının evdə qaldığını bildirsə də, haqsız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini rəhbər tutaraq barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini və həmin protokol əsasında Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunması barədə xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarın qəbul edildiyini, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində göstərilən halların olub-olmaması araşdırılmadan qərəzli olaraq barəsində həmin maddə ilə sənədləşmə aparıldığını və qərar qəbul edildiyini bildirdi, eyni zamanda qeyd etdi ki, cəriməni ödəməkdə çətinlik çəkir, buna görə də Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunması barədə xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilən şəxs əsasında Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X1 və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili, polis leytenantı X8 məhkəmə iclasında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronovirus infeksiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirlərinə riayət olunmasına nəzarət prosesində Ağdaş şəhər ərazisində reyd keçirərkən Ağdaş rayonununda kolxoz bazarında meyvə-tərəvəz satışı ilə məşğul olan X6 yaxınlaşaraq onun xüsusi karantin rejimi qaydaları ilə bağlı icazəsinin olub-olmadığını soruşduğunu, bu zaman vətəndaş Tağı Şərifovun ona Ağdaş rayonunda kolxoz bazarında meyvə-tərəvəz satışı ilə məşğul olması barədə icazəsinin olduğunu bildirsə də, bu barədə hər hansı bir sənəd və ya SMS icazəsinin olduğunu təqdim edə bilmədiyini, ona görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib etdiyini və bu barədə raportla rəhbərliyə məlumat verdiyini bildirdi. Şikayət vermiş şəxs X7, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, şikayətə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili, polis leytenantı X8 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli ******* saylı prtokolun surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini etiraf etmiş və gələcəkdə bu kimi hallara yol verməyəcəyini bildirmişdir. İşə əlavə olunmuş X3 izahatından görünür ki, o, öz izahatında xx xxxxx 2020-ci il tarixdə Ağdaş şəhəri ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejimi qaydalarını pozduğunu bildirmişdir. İşə əlavə olunmuş Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejimi qaydalarını pozduğunu özü etiraf etmiş, lakin sonradan cəriməni ödəməkdə çətinlik çəkdiyi üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunması barədə xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Odur ki, hesab edirəm ki, X3 şikayəti əsassız olduğuna, eyni zamanda qərardan şikayət verilməsi müddətini buraxdığına və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmədiyinə görə şikayət təmin edilməməli, Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarı dəişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, ******* saylı qərarı dəişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar