Məhkəmə qərarları › İş №3(014)-335/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-335/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-335/2025 25.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1959-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ləki qəsəbəsi Yeni Massiv ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massiv ünvanında yaşayan Şəxs yaşadığı evə baxış keçirilmiş, həmin tarixdə saat 12:58-dən 13:06-dək baxış keçirilən zaman mənzilin baş hissəsindən 1 ədəd aqrotexniki qulluq edilmiş çətənə bitkisi aşkar edilmişdir. Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı X3 tərəfindən 20 iyun 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X4 izahatında bildirdi ki ünvan 2i ünvanında Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkisinə Şəxs tərəfindən aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı tərəfindən 20 iyun 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, şəxsi istifadəsi üçün çətənə bitkisi becərmiş və baxış zamanı həyətindən bir ədəd çətənə kolu aşkar olunmuşdur. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edlmiş şəxslərin kartotekasından yoxlanılmış və Şəxs kartatekasında heç bir məlumat aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Ramin Bəkirov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 08 may 2025-ci il tarixli raportdan görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə qeydiyyatda olmaqla yaşayan, X5 qanunsuz olaraq narkotik tərkibli bitkiləri Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə yerləşən yaşadığı ünvanda əkib-becərməsi, həmçinin istifadə etməsində şübhəli bilindiyindən 08 may 2025-ci il tarixdə saat 12:58-də Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə yaşadığı ünvanda saxlanılmış və həmin tarixdə saat 12:58-dən saat 13:06-dək yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı mənzilin bağ sahəsində 01 (bir) ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 09 may 2025-ci il tarixli, 17/333 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şəxs yaşadığı evin həyətindən aşkar olunmuş bitki.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərsindəki, uzunluğu 68 sm, nəm vəziyyətdə təmiz çəkisi - 181,40 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X10 08 may 2025-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 953 saylı 17 iyun 2025ci il tarixli rəyinə əsasən Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülmüşdür. 13 may 2025-ci il tarixli, 1715/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, altmış beş yaşı olduğundan ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilə bilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2025-ci il tarixli, 953 nömrəli rəyinə əsasən Şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, eyni zamanda Şəxs inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi nəticəsinə gəlindiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və digər qanunvericilik aktlarında inzibati cərimə tənbehi tətbiq olunmuş şəxslərə münasibətdə narkomaniyadan məcburi müalicənin təyin olunması əsası, qaydası və şərtləri nəzərədə tutulmadığından, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə yalnız inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicənin təyin edilməsi təsbit edildiyindən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd, uzunluğu 68 sm, yaş vəziyyətdə təmiz çəkisi – 181,40 qram narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 68 sm, yaş vəziyyətdə təmiz çəkisi – 181,40 qram narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar