Məhkəmə qərarları › İş №3(014)-336/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-336/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-336/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru R.Abbasovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmiş, Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(014)- 950/2020 saylı icra vərəqəsinə əsasən 1350 manat borcu və 30 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməmişdir. Buna görə onun barəsində 22 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində qismən təqsirli bildi, Zərərçəkmiş şəxs olan borcundan 350 manat məbləğində ödəniş etdiyini, yaranmış borca görə 2 dəfə inzibati qaydada həbs olunduğunu, usta işlədiyini, maddi vəziyyətinin yaxşı olmadığını, hal-hazırda 100 manat ödəyə biləcəyini, qalan borcu hissə-hissə ödəyəcəyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs ona 1700 manat məbləğində borclu olduğunu, borcunu ödəmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin qərarı ilə 2 dəfə həbs olunduğunu, lakin yenə də borcunu ödəmədiyini, hazırda Şəxs ona verəcəyi 100 manatı qəbul etmədiyini, borcunu tam tələb etdiyini bildirdi və Şəxs həmin borcu ödəməyəcəyi təqdirdə onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(014)-950/2020 saylı icra vərəqəsinə əsasən 1700 manat məbləğində borcu və 30 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödənilməsinin tələb olunduğunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İcra şöbəsinə rəsmi qaydada çağırıldığını və barəsində olan borcun ödənilməsinin tələb olunduğunu, borclu tərəfindən həmin borcdan tələbkara 350 manat məbləğində ödəniş edildiyini, lakin qalan borcu ödəmədiyini, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində 07 may 2021-ci il tarixdə İnzibati Xəta haqqında protokol tərtib olunaraq Ağdaş Rayon Məhkəməsinə göndərildiyini və Ağdaş Rayon Məhkəməsinin 3(014)-212/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində 8 gün müddətinə inzibati həbs tətbiq edildiyini, yenə də borclu borcunu ödəməkdən boyun qaçırdığı üçün İcra Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirlərin gördüyünü, lakin Şəxs barəsində 24 avqust 2021-ci il tarixdə İnzibati Xəta haqqında protokol tərtib olunaraq Ağdaş Rayon Məhkəməsinə göndərilmiş və Ağdaş Rayon Məhkəməsinin 3(014)-329/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunduğunu, borclu yenə də borcu ödəməkdən boyun qaçırdığını, İcra və Probasiya şöbəsinin çağırışlarına gəlmədiyini, buna görə barəsində axtarış verildiyini və hazırda da axtarışla da gətirildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu tarixdən və vaxtdan, yəni 21 iyun 2022-ci il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxx 1979-cu il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, Ağdaş rayonu, Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində on 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icra edilməsi Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar