Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-336/2024 16.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə təqsirli bilinərək, vurulmuş ziyanın iki misli miqdarında, yəni 4400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. X6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu, Qarasuqumlax kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə 35 hektardan çox arpa məhsulu becərir, lakin 15 hektar torpaq sahəsində yerləşən arpa məhsuluna görə dövlətdən subsidiya alır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən ona qərar gələn zaman məlum olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə 28 iyun 2024-cü il tarixdə MN ******* saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 4400 manat cərimə edilmişdir. Bunu araşdıran zaman məlum olmuşdur ki, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar onun hüquqlarını pozulmaqla həyata keçrilmişdir. Belə ki, qeyd edilən xətaya ümumiyyətlə yol verməmişdir. Hesab edir ki, barəsində inzibati araşdırma səthi aparılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(014)-336/2024 saylı qərarı ilə X6 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsi, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə təqsirli bilinməsi və ona xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilməsi, şikayətin qalan hissədə təmin edilməməsinə dair yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Ağdaş Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 3(107)-311/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(014)- 336/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X11 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 15 noyabr 2024-cü il tarixdə X6 tərəfindən 2200 manat subsidiya vəsaitindən 1100 manat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına geri qaytarılmışdır. Lakin 1100 manat subsidiya məbləği və inzibati tənbeh tədbirinə görə tətbiq edilmiş 4400 manat cərimə məbləği ödənilməmiş qalmaqdadır. Odur ki, qeyd olunanların nəzərə alınaraq X3 barəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətdə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 10 hektar torpaq sahəsində yonca əkmək üçün 5 hektar yonca əkini üçün subsidiya alarkən sistemə səhvən arpa əkini üçün subsidiya verilməsi qeyd olunmuşdur. Arpa əkinin sistemə yalnış vurulması texniki səhvdir, onlar bilməyərəkdən bunu etmişlər. Həmin əkinə görə 2200 manat məbləğində subsidiya almış, lakin 10 hektarın 5 hektarını təyinatı üzrə istifadə etməmişdir. Həmin 5 hektarın da qiyməti 1100 manat təşkil edir və onun tərəfindən dövlətə 1100 manat ziyan vurulduğu üçün həmin 1100 manat ziyanı dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəmə işi üzrə nümayəndəsi X14 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, X6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə təqsirli bilinərək, vurulmuş ziyanın iki misli miqdarında, yəni 4400 manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra şəxs adıçəkilən qərardan şikayət verərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və X6 Azərbaycan Respublikası İXM-in 411-2-ci maddəsi ilə təqsirli bilinərək ona xəbərdarlıq növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X10 Rayon Məhkəməsinin 3(014)- 336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və və şikayətin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilərək , iş yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda 3(014)- 336/2024 saylı məhkəmə işi Ağdaş Rayon Məhkəməsinin icraatındadır. Belə ki, X5 məxsus qeyd olunan əraziyə baxış keçirilməsi zamanı 35 hektardan çox ərazidə arpa yox yonca əkdiyi müəyyən edilmişdir. Buna görə də, İXM-in 411-2-ci maddəsinə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil etdiyi üçün vurulmuş ziyanın iki misli miqdarında, yəni 4400 manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində X6 tərəfindən 2200 manat subsidiya vəsaitindən 1100 manat məbləği Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına geri qaytarılmışdır. Lakin, 1100 manat subsidiya məbləği və inzibati tənbeh tədbirinə görə tətbiq edilmiş 4400 manat cərimə məbləği ödənilməmiş qalmaqdadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, X6 barəsində Azərbaycan Respublikası İXM-in 411-2-ci maddəsinə əsasən, inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, atası xəstə olduğundan subsidiya üçün o, müarciət etmişdir. 5 hektar arpa və 5 hektar yonca əkini üçün müraciət etməli olduğu halda səhvən 10 hektarın hamısına arpa əkini kimi müraciət etmişdir. Əkin zamanı 10 hektarın 5-nə arpa, 5-nə isə yonca əkmişdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli aktdan görünür ki, 21 may 2024-cü il tarixdə X3 icarəyə götürdüyü 10 hektar torpaq sahəsinə oğlu Əhməd Hüseynov ilə birlikdə baxış keçirilmiş, baxış zamanı həmin sahədə arpa bitkisi yox, yonca əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə təqsirli bilinərək, ona vurulmuş ziyanın iki misli miqdarında, yəni 4400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Ağdaş rayon Mürsəl bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 60 saylı arayışından görünür ki, X6 hər il olduğu kimi Ağdaş rayonu Qarasuqumlax kəndində 35 hektardan çox arpa və digər dənli bitkilər əkmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına 1100 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, X6 hazırki şikayətində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır, eyni zamanda Ərəstun Hüseynovun şikayətində göstərdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmayaraq Ərəstun Hüseynovun və şahid qismində dindirilmiş oğlu Əhməd Hüseynovun məhkəmə iclasında verdikləri izahatları ilə təkzib olunur. Belə ki, hər ikisi məhkəmə iclasında “Elektron kənd təsərrüfatı” informasiya sisteminə yanlış məlumat daxil etdiklərini və subsidiya aldıqlarını etiraf etmişlər. Bundan başqa, məhkəmə X6 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzi ilə Ərəstun Hüseynovun təqsirləndirildiyi maddənin tələblərinin pozmasını etirafı kimi qəbul edir. Bu səbəbdən şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətli şəxsinin inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 28 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-336/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-336/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver