Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-337/2022 24.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1952-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, S.Vurğun küçəsi, ev 7/19 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, S.Vurğun küçəsi, ev 7/19 ünvanında yaşayan Şəxs yaşadığı evin həyətindəki ərazisində baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs yaşadığı evin həyətində pomidor tağlarının kənarında hündürlüyü 43 sm olan 1 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisinə (kannabis) bənzər bitki kökündən çıxarılıb, 1 ədəd kisədə qablaşdırılıb, DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasının təyin edilməsi üçün götürülmüşdür. Ağdaş RPŞ-nin TB-nin təhqıqatçısı, polis kapitanı X2 tərəfindən 27 may 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, cavan vaxtlarında narkotik tərkibli marixuana çəkmiş, sonralar yaşına uyğun olaraq marixuana çəkməmişdir. Yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsində meyvə-tərəvəz əkib becərir. Təxminən bir ay öncə yaşadığı evin həyətyanı torpaq sahəsində pomidor şitillərinin kənarında, su arxının qurtaracağında 1 ədəd narkotik vasitəyə bənzər olan çətənə şitilinin öz-özünə bitməsini görmüşdür. Həmin şitilin narkotik tərkibli marixuamanın şitili olduğunu bilmişdir. Həmin vaxtdan sonra da həyətdə əkdiyi meyvə-tərəvəz şitillərinə qulluq edən zamanlarda həyətdə bitmiş 1 ədəd narkotik tərkibli bitki şitilinə qulluq edib dibini yumşaltmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:25 radələrində yaşadığı evdə olan zaman kimlərinsə onu çağırmasını eşidib yaşadığı evin küçəsinə çıxan zaman həyətin qarşısında polis əməkdaşlarının onu çağırmasını görmüşdür. Polis əməkdaşları özlərini təqdim edərək ona yaşadığı evin həyətində narkotik bitkilərin olması barədə onlarda məlumat olmasını söyləmişlər. O da yaşadığı evin həyətyanı sahəsində öz-özünə bitmiş narkotik tərkibli 1 ədəd şitil çıxdığını, həmin şitilə qulluq edərək dibini boşaldıb su verdiyini söyləmişdir. Daha sonra polis əməkdaçlarına öz-özünə bitmiş narkotik tərkibli çətənə şitilinin olduğu yeri göstərmişdir. Polis əməkdaşları baxış keçirtdikdən sonra torpaqda olan 1 ədəd şitili kökündən çıxartmışlar və hündürlüyünü ölçmüşlər. Həmin şitilin hündürlüyü 43 sm olmuşdur. Daha sonra onun yaşadığı evin həyətindən aşkar olunmuş aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə şitili sellofan torbaya qablaşdırılmış, üzəri DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək məhkəmə-bioloji ekspertizasının təyin edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, ünvan 2 ünvanında Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkisinə Şəxs tərəfindən aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 oğlu tərəfindən 27 may 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 1 ədəd narkotik bitkiyə bənzər bitki...” sözləri yazılmış sellofan torbanın içərisindəki 1 (bir) ədəd, hündürlüyü 43 sm, ümumi təmiz çəkisi - 8,340 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-337/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-337/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver