Məhkəmə qərarları › İş №3(014)-338/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-338/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-338/2024 24.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə2, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən avtoyuma mərkəzlərin birində “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə avtoyumada təmizlik işləri apararkən həmin avtomobilə əyləşmiş və onu arxaya hərəkət etdirmiş, bu zaman arxa tərəfdə dayanmış “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymişdir. Həmin vaxt “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində təmizlik işləri aparan Zərərçəkmiş şəxs1 yüngül xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X4 25 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağdaş şəhəri, Heydər Əliyev prospektində avtomobil yuma sexində avtomobillərin yuyulmasını həyata keçirir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında sexdə olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan Orxan kimi bildiyi şəxs onun yanına gələrək “Mercedes-Benz G 550" markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili yumağını istəmişdir. O da avtomobili yumağa başlamış, daha sonra avtomobili qurulamaq üçün kənara çəkmək istəmişdir. Bunun üçün avtomobilin sahibinə avtomobili sürüb kənara çəkməsini istəmişdir. Həmin vaxt Orxan avtomobilin açarını ona vermiş və onun özünün avtomobili geriyə verməsini istəmişdir. O da avtomobilə əyləşərək avtomobili işə salmışdır. Ayağını tormoza basan zaman avtomobil yüksək sürətlə arxaya doğru hərəkət edərək avtomobil təmiri sexinə daxil olmuşdur. Həmin vaxt “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi sexdə olan “VAZ 2106 minik” markalı avtomobilin ön tərəfinə dəyərək dayanmışdır. Bundan sonra avtomobildən aşağı düşmüşdür. Bu zaman həmin sexdə işləyən Zərərçəkmiş şəxs1 avtomobillə stolun arasında qalmasını görmüşdür. Daha sonra ətrafda olan şəxslər hadisə yerinə gəlmişdir. Şok vəziyyətində olduğundan həmin yerdən uzaqlaşmışdır. Hadisədən əvvəl 2 bakal pivə içmişdir. Zərərçəkmiş şəxs1lə barışmışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Ağdaş şəhəri, Heydər Əliyev prospektində avtomobil təmiri sexində təxminən 2 ilə yaxındır ki, usta köməkçisi işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində avtomobil təmiri sexində olan zaman sexdə təmir üçün gətirilmiş “VAZ 2106 minik” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Avtomobilin ön tərəfində dayanmışdır, arxa tərəfi isə avtomobil tərəfə olmuşdur. Həmin vaxt qəflətən ayaqlarında ağrılar hiss etməyə başlamışdır. Bu zaman arxaya çevrilmiş və “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobil sexində olan “VAZ 2106 minik” markalı avtomobilin arxa tərəfindən vuraraq onun tərəfə sıxmasını görmüşdür. Bundan sonra avtomobil yuyulması ilə məşğul olan Şəxs “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşağı düşməsini görmüş və avtomobili Şəxs idarə etməsini bilmişdir. Daha sonra ətrafda olan şəxslər avtomobili aralaşdırmışlar, onu həmin yerdən çıxarmışlar və onu Ağdaş RMX-yə gətirmişlər. Ağdaş RMX-də ona ilkin tibbi yardım göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, onun mülkiyyətində “VAZ 2106 minik” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili Zərərçəkmiş şəxs2 etibarnamə əsasında satmışdır və Cabir idarə edir. Sonradan ona məlum olmuşdur ki, 05 iyun 2024-cü il tarixdə Cabir avtomobili təmir etdirmək üçün Ağdaş şəhərində yerləşən sexə getmişdir. Həmin vaxt avtomobil təmiri sexinin yanında olan avtoyuma məntəqəsində işləyən Şəxs yuduqdan sonra avtomobili qurulamaq üçün kənara çəkmək istəyən zaman avtomobil yüksək sürətlə arxaya doğru hərəkət edərək avtomobil təmiri sexinə daxil olmuşdur. Həmin vaxt “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi sexdə olan “VAZ 2106 minik” markalı avtomobilin arxan tərəfinə dəyərək dayanmışdır. Onun mülkiyyətində olan avtomobilə dəymiş zərər ödənilməmişdir. Buna görə də Şəxs şikayətçidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan 05 iyun 2024-cü il tarixli, 220 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs analizində 0,42 promil alkoqol aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxslərin məhkəməyə verdiyi izahatları və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, inzibati xətanın sərxoş olan şəxs tərəfindən törədilməsi maddənin özündə nəzərdə tutulduğundan, əlavə olaraq məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmır. Həmçinin, məhkəmə Şəxs zərərçəkmiş şəxslərdən ikisinə dəymiş maddi zərəri ödəməməsini və buna təşəbbüs göstərməməsini də onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixindən, saat 16:10-da hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar