Məhkəmə qərarları › İş №3(014)-340/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-340/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-340/2020 24.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs S.İbrahimovun iştirakı ilə, İbrahimov Söhbət Məmmədvəli oğlunun DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İbrahimov Söhbət Məmmədvəli oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx manat) məbləğində inzibati cərimə edilməsinə dair DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İbrahimov Söhbət Məmmədvəli oğlu şikayətini onunla əsaslandırmışdır ki, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* saylı elektron qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın 5C7E29A6569FA3B4 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir ki, həmin kamera xüsusi texniki vasitə deyil. Həmin kameranın inzibati xəta hadisəsini qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab vermir.Ona görə də elektron qərarda həmin kameranın tipi, markası modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əks olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar 81.1-ci maddəsində qeyd olunur ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasın bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunanlara əsasən qanunun göstərilən müddəaları pozulduğundan inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş edilir. Şikayət vermiş şəxs İbrahimov Söhbət Məmmədvəli oğlu məhkəmə iclasında şikayətində göstərilənləri təsdiq edərək xx xxxxxx 2020-ci il tarixdə Bakı-Qazax yolunun 327.4-cü kilometrliyində saat 17:25 radələrində özünə məxsus “VAZ 2199” markalı 10CC252 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə inzibati xəta törətməsinə dair barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* saylı elektron qərarın qanunun tələblərinə zidd olaraq qəbul edildiyini bildirdi, buna görə də DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilən şəxs DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Şikayət vermiş şəxs İbrahimov Söhbət Məmmədvəli oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İbrahimov Söhbət Məmmədvəli oğlunun şikayət ərizəsində göstərdiyi tələblər inzibati xəta haqqında protokola aiddir. Törədilmiş inzibati xəta haqqında protokol isə şikayət ərizəsinə əlavə edilmədiyindən qeyd olunan halların düzgün olub-olmamasını yoxlamaq mümkün deyil. Buna görə də şikayət təmin edilməməlidir. İşə əlavə olunmuş DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarın surətindən görünür ki, İbrahimov Söhbət Məmmədvəli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40.0 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydad a verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vennjnnnnrilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İbrahimov Söhbət Məmmədvəli oğlunun şikayəti təmin edilməsin. DİN Baş Dövlət X4 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, EQ ******* qərarı dəişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar