Məhkəmə qərarları › İş №3(014)-340/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-340/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-340/2021 06.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs qızının iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-214/21 saylı, 03.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxsdan 21.10.2020-ci il tarixdən başalayaraq 27.10.2010-cu il təvəllüdlü X4 və 06.07.2015-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi tələb edilsə də, borclu tərəfindən icra məmurunun qanuni tələbləri qərəzli olaraq yerinə yetirilməmiş, buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 oğlu tərəfindən onun barəsində 03 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-214/21 saylı, 03.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 21.10.2020-ci il tarixdən başalayaraq 27.10.2010-cu il təvəllüdlü X4 və 06.07.2015-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli olduğunu, borcunu tam olaraq ödədiyini, Zərərçəkmiş şəxs heç bir borcunun olmadığını bildirmiş və məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)- 214/21 saylı, 03.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxsdan 21.10.2020-ci il tarixdən başalayaraq 27.10.2010-cu il təvəllüdlü X4 və 06.07.2015-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli olduğunu, Şəxs borcunu tam olaraq aldığını, Şəxs ona borcunun olmadığını, bu səbəbdən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X5 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-214/21 saylı, 03.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxsdan 21.10.2020-ci il tarixdən başalayaraq 27.10.2010-cu il təvəllüdlü X4 və 06.07.2015-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli olmasına dair icra vərəqəsinin 16.05.2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, həmin icra vərəqəsinə əsasən borclunun 2400 manat borcunun yaranmış, bununla əlaqədar olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmiş, həmin borcu tamamilə ödəmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 214/21 saylı, 03.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxsdan 21.10.2020-ci il tarixdən başalayaraq 27.10.2010-cu il təvəllüdlü X4 və 06.07.2015-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-214/2021 saylı icra vərəqəsi 16.05.2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, X2 tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, Şəxs heç bir aliment tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar