Məhkəmə qərarları › İş №3(014)-341/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-341/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-341/2022 28.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu xx.xx.1967-ci ildə Qəbələ rayonunun Topbağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və onlara əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən “Çinar” şirniyyat evində Ağdaş rayon Ərəb kənd sakini Zərərçəkmiş şəxs2 “Gilan” holdinqə işə duzəldəcəyi adı ilə aldadaraq 300 manatını mənimsəməklə maddi ziyan vurmuşdur. Eyni zamanda Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən “Çinar” şirniyyat evində Ağdaş rayon Kükəl kənd sakini Zərərçəkmiş şəxs1 “Gilan” holdinqə işə duzəldəcəyi adı ilə aldadaraq 300 manatını mənimsəməklə maddi ziyan vurmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı və xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokolllar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı və xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi nəzərdə tutulmuş xətanı törətməsi barədə olsa da, inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərdən görünür ki, həmin sənədlərin bəziləri natamam olmaqla müvafiq punktlar doldurulmamışdır. Belə olan halda isə işə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar