Məhkəmə qərarları › İş №3(014)-342/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-342/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-342/2023 19.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərb regional X5 İdarəsinin X5 Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştiraklarıı ilə Hüquqi ünvanı Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 74 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərb regional X5 İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus anbarofis binasında planlı YTM keçirilən zaman obyektdə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şimal-Qərab regional X5 İdarəsinin X5 Şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus anbar-ofis binasında planlı YTM keçirilən zaman obyektdə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X7 verdiyi izahatında bildirdi ki, həmin obyektin mülkiyyət hüququ fiziki şəxs olaraq ona, hüquqi şəxs olaraq Şəxs MMC-yə verilmişdir. Tikinti işlərini fiziki şəxs olaraq özü apardığından Şəxs MMC-yə aidiyyəti yoxdur. Əvvəllər də Şəxs MMC barəsində protokollar tərtib olunmuşdur. Buna görə də hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar