Məhkəmə qərarları › İş №3(014)-344/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-344/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-344/2020 08.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Məhkəmə iclasının katibi X2, Ağdaş RPŞ-nin İTB-nin sahə raisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 İsmaylı oğlu və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs müəyyən vaxtlarda qonşusu Zərərçəkmiş şəxs2 İsmaylı oğlunu və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadıqları küçədə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə raisi polis kapitanı X3 izah etdi ki, Ağdaş rayonu, Abad kəndində yaşayan Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respubilkasının DİN-in 102 xidmətinə müraciət edərək, qonşuları Şəxs onu və həyat yoldaşı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələrlə söyərək təhqir etdiyini bildirmiş və bu barədə müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Zərərçəkmiş şəxs2 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs2 İsmaylı oğlunu və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Onlar əvvəllər mehriban qonşu olsalar da son bir-iki ildir ki, aralarında mübahisələr yaşanır. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 İsmaylı oğlu və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. O da cavabında onları söymüşdür. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 İsmaylı oğlu izah etdi ki, Şəxs onun həmkəndlisidir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs onun qonşusu olduğunu bildirmişdir. Necə müddətdir ki, onların arasında mübahisələr baş verir. Sonucu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs yaşadıqları küçədə onun və həyat yoldaşı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu barədə onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respubilkasının DİN-in 102 xidmətinə müraciət etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsinin xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izah etdi ki, Şəxs onun həmkəndlisidir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs onun qonşusu olduğunu bildirmişdir. Necə müddətdir ki, onların arasında mübahisələr baş verir. Sonucu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs yaşadıqları küçədə onun və həyat yoldaşı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu barədə Azərbaycan Respubilkasının DİN-in 102 xidmətinə müraciət etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 İsmaylı oğlunun, Zərərçəkmiş şəxs1 və Ağdaş RPŞ-nin rəisi İTB-nin sahə rəisi kapitanı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ov oğlunun şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1980-cı il tarixdə Ağdaş Rayon, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar