Məhkəmə qərarları › İş №3(014)-344/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-344/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-344/2021 07.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 , İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 20.08.2021-ci il tarixdə saat 13:00 radələrində X2 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X8 izah etdi ki, Şəxs 20.08.2021-ci il tarixdə saat 13:00 radələrində X2 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhdiqatçısı, polis leytenantı X6 01 sentyabr 2021-ci il tarixli HK-1/1134 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, X1 onun doğma anası olduğunu, əvvəllər anası ilə aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, 20.08.2021-ci il tarixdə saat təxminən 15:00 radələrində sərxoş halda yaşadıqları evin giriş qapısının önündə olan zaman anası Zərərçəkmiş şəxs onun yanına gələrək nəyə görə spirtli içki içdiyini soruşaraq onun yaxasına yapışdığını, bu zamamn onun həm isitinin təsirindən, həm spirtli içkinin təsirindən, həm də anasının onun yaxasından yapışması nəticəsində əsəbləşdiyini və anası Zərərçəkmiş şəxs əlindən qəsdən vurduğunu, bu zaman onun vurduğu zərbənin təsirindən anası Zərərçəkmiş şəxs sol əlinin barmaqlarının əzildiyini bundan sonra oradan qaçaraq uzaqlaşdığını, daha sonra baş verənlərdən xəbərinin olmadığını, 20.08.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində spirtli içkinin təsirindən ayılıqdan sonra yaşadığı evə geri qayıtdığını, həmin vaxt anası Zərərçəkmiş şəxs onu danladığını, buna görə də evi tərk edərək qaynanasıgildə qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına təqdim edilmiş müdafiəçidən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında 20.08.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadıqlraı evdə olan zaman oğlu Şəxs yaşadıqları evdə məişət əşyalarını apararaq satmaq istədiyi üçün ona öz iradını bildiridiyini, həmin vaxt oğlu Şəxs ona borcu olduğunu bildirdiyini, oğlu Şəxs heç yerə getməməisini tapşırdığını və borcunu ödəyəcəyini bildirdiyini, lakin oğlunun onun sözlərinə məhəl qoymadığını, buna görə də onun paltarından yapışaraq yaşadıqları evə aparmaq istədiyini, Şəxs onun barmaqlarından yapışaraq geriyə doğru qatladığı üçün onun barmaqlarında güclü ağarılar baş verdiyini, buna görə də barmağının sındığını zənn etdiyini, həmin vaxt oğlu Fəridin spirtli icgi içdiyi üçün sərxoş vəziyyətdə olduğunu, bundan sonra oğlu Şəxs yaşadıqları evdən qaçaraq uzaqlaşdığını, mübahisə zamanı oğlu Şəxs onun sifət nahisyəsindəm bir necə dəfə sillə ilə vurduğunu, həmin vaxt orada oğu Şəxs və ondan başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs qəti imkan tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Məhkəmə Şəxs inzibati törətməməsi ilə bağlı izahatına tənqidi yanaşaraq onu özünümüdafiə xarakteri kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları, izahatlar, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyinin, Ağdaş MTE və PA şöbəsinin 21.08.2021-ci il tarixli 532 saylı rəydən görünür ki, X1 bədənində olan xəsarətlər- sol əlin üst səthinin İİİ-İV daraq falanqa oynağı nahiyəsinin qançırı, küt alətin təsirindən törənmiş, törənmə müddətləri 20.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X6 01 setyabr 2021-ci il tarixli qərarından da görünür ki, 20.08.2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə oğlu Şəxs Teyyyub oğlu arasında yaşadıqqları evin həyətində şəxsi münasibətlər zəminində baş vermiş mübhisə zamanı Şəxs anası Zərərçəkmiş şəxs qıının sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs əməli Az. Res. İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini, xarakterini və işin hallarını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında ən ağır tənbeh kimi iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin faktiki hallarını və əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1993-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan 07.09.2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apeliyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar