Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-344/2023 05.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 1ində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 23 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 05 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, valideynləri ilə eyni məhlədə, ayrı-ayrı evlərdə yaşayırlar. Onunla valideynləri arasında narazılıq vardır. Buna səbəb valideynlərinin onu evindən çıxarmaq istəmələri idi. Ona görə də tez-tez aralarında mübahisələr baş verirdi. Təxminən 2-3 gün olar ki, qardaşı Şahinin arvadı Zərərçəkmiş şəxs onun anası Xanımın yanına qonaq gəlmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evin həyətində idi, arvadı Aygün də orada idi. Həmin vaxt Aysel onların yanına gəlmiş və onun barəsində nalayiq ifadələr işlətməsini söyləmişdir. O da Ayselə onun barəsində nalayiq ifadələr işlətmədiyini bildirmiş, həmçinin arvadı Aygün də Ayselə onun barəsində nalayiq ifadələr işlətmədiyini bildirmişlər. Lakin Aysel onların sözlərinə məhəl qoymamış və ona nalayiq ifadə işlədərək yalan danışdığını söyləmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı anası Xanım gəlib Ayseli aparmışdır. Həmin vaxt Aysel ona “səndən şikayət edəcəyəm” deyə söyləmişdir. Zərərçəkmiş şəxs yalan danışır. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evin həyətində Aysel ilə arasında heç bir dava-dalaş baş verməmiş, o, Ayseli vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Aysel də onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt aralarında yalnız söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı orada o, Aysel, Aygün və anası Xanım var idi. Başqa heç kim yox idi. Aysel onu şərləmək üçün sonradan özünə xəsarət yetirmiş, qardaşı Şahin onu evindən çıxarmaq istədiyindən arvadı Ayseli onu söyüb təhqir etməsi və hədələməsi üçün öyrətdmiş, o da onların bu hərəkətindən bezdiyi üçün 102 xidmətinə intihar etmək istəməsi barədə məlumat vermişdir. Lakin onun intihar etmək fikri olmamışdır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qayınıdır. Eyni zamanda, Məhəmməd onun əmisi oğludur. Məhəmməd valideynləri ilə eyni məhlədə, ayrıayrı evlərdə yaşayır. Məhəmməd ilə qayınatası Vahid və qayınanası Xanım arasında narazılıq var idi. Buna səbəb Məhəmmədin onları evlərindən çıxarmaq istəməsi idi. Ona görə də tez-tez onların arasında mübahisələr baş verirdi. O, 2-3 gün idi ki, qayınanası Xanımın yanına qonaq gəlmiş, ona ev işlərində kömək edirdi. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evin həyətində olarkən Məhəmməd də həyətə gəlmiş və ona nalayiq ifadələr işlədərək evi onun əlindən ala bilməyəcəyini söyləmişdir. O da Məhəmmədə Xanımın yanına qonaq gəldiyini, bir neçə günə çıxıb gedəcəyini söyləmiş, lakin Məhəmməd onun sözlərinə məhəl qoymamış və ona nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də aralarında mübahisə baş vermiş, mübahisə zamanı isə o, Məhəmmədin yanında olan Aygünə ərini sakitləşdirməsini, Məhəmmədin ona söylədiyi nalayiq ifadələrin ona da aid olmasını söyləmişdir. Həmin vaxt isə Məhəmməd “sən niyə mənim arvadım Aygünə söyürsən” deyərək üstünə gəlmiş və 3-4 dəfə təpiklə onun qarın nahiyəsindən, bir neçə dəfə yumruqla sifət, göz, baş və boyun nahiyələrindən vurmuş, həmçinin dırnaqları ilə sinəsini cırmışdır. Daha sonra o, yerə yıxılmış və həmin vaxt qayınanası Xanım onun yanına gəlmiş və onu götürüb evə aparmışdır. Qayını Şəxs ilə arasındakı mübahisə və dava-dalaş xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evin həyətində baş vermiş və 3-5 dəqiqə davam etmişdir. O, Şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı o, Şəxs nalayiq ifadələr işlətməmiş, lakin Şəxs ona nalayiq ifadələr işlətmişdir. Dava-dalaş zamanı Şəxs 3-4 dəfə təpiklə onun qarın nahiyəsindən, bir neçə dəfə yumruqla sifət, göz, baş və boyun nahiyələrindən vurmuş, həmçinin dırnaqları ilə sinəsini cırmaqlamışdır. Dava-dalaş zamanı orada ondan və Şəxs başqa Xanım və Aygün var idi. Yaranmış səs-küyə heç kim gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 1ində Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 05 iyun 2023-cü il tarixli, MN № ******* saylı saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-344/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-344/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver