Məhkəmə qərarları › İş №3(014)-344/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-344/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-344/2025 03.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə, Müəyyən etdi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi üçün Yevlax RPŞ-nin DYPB-nin Yol Patrul xidməti polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 529.3-cü maddəsi ilə İXP ******* saylı, 09 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs VAZ 2101 minik markalı 99TM653 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP6918331 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Materiala əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP WEb Portalından çıxarışından görünür ki, həmin sənəddə Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP 69118331 nömrəli protokol olduğu qeyd edilir. Göründüyü kimi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol düzgün tərtib olunmamaqla, həmin protokolda Şəxs icra etmədiyi inzibati tənbeh tətbiq etmə haqqında qərarın (protokolun) tarixi düzgün qeyd edilməmiş, eləcə də iş materiallarına göstərilən qərar və ya protokol əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, eləcə də Şəxs icra etmədiyi inzibati tənbeh tətbiq etmə haqqında qərara (protokola) dair materiallar məhkəməyə təqdim olunmadığından xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 09 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yevlax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar