Məhkəmə qərarları › İş №3(014)-346/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-346/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-346/2020 08.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilova Bənövşə Həmdiyə qızının Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hüseyinqulu oğlunun Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 iştirakı ilə, Kamilova Bənövşə Həmdiyə qızının barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kamilova Bənövşə Həmdiyə qızı xx xxxxxx 2020-ci il tarixdən Zərərçəkmiş şəxs Hüseyinqulu oğluna məxsus “Samsung J3” markalı mobil telefonu oğurlamışdır. Bununla da Kamilova Bənövşə Həmdiyə qızının barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Hüseyinqulu oğlu Azərbaycan Respubilkasının DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2020-ci il tarixdə bazarın qarşısında tanımadığı qadının ona məxsus “Samsung J3” markalı telfonunu danışmaq məqsədi ilə alaraq hadisə yerindən uzaqlaşmasını bildirmişdir. X5 həmin tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində tanımadığı bir xanımın ondan istifadə etdiyi “Samsung J3” markalı **********64936 “İMEL” kodlu, üzərində ***-***- **-** və ***-***-**-** saylı sim nömrələri telfonu danışmaq adı ilə ondan alaraq oğurlanmasını bildirmişdir. Daxil olmuş müraciət xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-də HK-1/952 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı Vüsal Əzənmədov tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis kapitanı Vüsal Əzənmədov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.1, 207 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman yuxarıda qeyd edilən “Samsung J3” markalı telfonunu Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayan, X3 tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahatında Zərərçəkmiş şəxs Hüseyinqulu oğlunu tanımadığını, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhərinə gəzmək üçün gəldiyini, sözü gedən çay evinə çay içmək məqsədi ilə getdiyini, həmin vaxt oğlunu da ora çağırmaq niyyəti ilə sonradan adını bildiyi şəxs Zərərçəkmiş şəxs Hüseyinqulu oğluna yaxılaşaraq onun telfonu ilə oğluna zəng etmək isdəyini bildirmiş həmin vaxt çay evini işlədən şəxs Zərərçəkmiş şəxs Hüseyinqulu oğlu öz istifadəsndə olan mobil telefonu oğluna zəng etmək üçün ona verib içəri keçmiş, oğlu ilə danışan zaman oğluna əsəbləşərək telfonun onda qalmasını unudub hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona vaxt verilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanlığın ödəyəcəyini və iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərə çəkmiş Zərərçəkmiş şəxs Hüseyinqulu oğlu məhkəmə iclasında izahat verərək xx.xx.2020 tarixdə təminən saat 21:30 radələrində çay evinin həyətində olan zaman bir nəfər təxminən 40 yaşlı qadının ona yaxınlaşaraq “telfonunuzu mənə verərdiz oğluma zəng edim” dediyini həmin xanıma istifadəsində olan “Samsug J3” markalı **********64963 İMEL kodlu içərisində ***-***-**-** və ***-***-**-** saylı sim nömrəli telfonun həmin tanımadığı şəxsə oğluna zəng etməsi üçün verdiyini, həmin vaxt öz başı çay evinin içərisində müştərilərə çay verməyə qarışdığını, təxminən 5 dəqiqə sonra işlətdiyi çay evinin qarşısına çıxaraq həmin tanımadığı qadından telfonu almaq istəyərkən telefonu vermiş olduğu qadını tapa bilmədiyini, sonradan özünə məxsus telfonun içərisində olan möbil nömrələrə zəng etsə də, telfonun sönülü olmasını bildiyini, çay evinə yaxın dükanın kamerasına baxan zaman telefonun danışmaq adı ilə alan qadının onun, telfonu ilə danışa-danışa çay evinin həyətindən çıxaraq yolun kənarı ilə qaçıb getdiyini, ona məxsus “Sansung J3” markalı mobil telfonunun 300 manat qiyməti olduğunu, ona 300 manat maddi ziyan vurduğunu və həmin ziyanın indiyə kimi qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasında zərə çəkmiş Zərərçəkmiş şəxs Hüseyinqulu inzibati protokol üzrə ona dəymiş ziyan ödənmədiyini bildirərək məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə ağır cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilova Bənövşə Həmdiyə qızının, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hüseyinqulu oğlunun və Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə inspektoru polis leytenantı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Kamilova Bənövşə Həmdiyə qızı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Kamilova Bənövşə Həmdiyə qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Kamilova Bənövşə Həmdiyə qızının haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilova Bənövşə Həmdiyə qızının zərif cinsin nümayəndəsi olmasını, yaşlı olmasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşmançılığını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilova Bənövşə Həmdiyə qızının inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilova Bənövşə Həmdiyə qızının şəxsiyyətini, yüngülləşdirici halları, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Kamilova Bənövşə Həmdiyə qızı təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1970-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Kamilova Bənövşə Həmdiyə qızına 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Kamilova Bənövşə Həmdiyə qızının üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar