Məhkəmə qərarları › İş №3(014)-346/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-346/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-346/2021 07.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun Zərərçəkmiş şəxsin nümayəndəsi X8 oğlunun, Ağdaş rayon polis şöbəsinin sahə rəisi, X3 iştirakı ilə, Şəxs Elbrus oğlunun barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Elbrus oğlu 21.08.2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “LƏKİ STORE” adlı marketdən X2 məxsus ümumi dəyəri 15 manatdan olan 4 ədəd köynək və 2 ədəd kişi maykası oğurlamışdır. Bununla da Şəxs Elbrus oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs Elbrus oğlu 21.08.2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “LƏKİ STORE” adlı marketdən X2 məxsus ümumi dəyəri 15 manatdan olan 4 ədəd köynək və 2 ədəd kişi maykası oğurlamışdır. Daxil olmuş müraciət 07 sentyabr 2021-ci il tarixdə Ağdaş RPŞ-də HK- 1/1186 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı X7 tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı X7 tərəfindən 07 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.2, 207 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman yuxarıda qeyd edilən 4 ədəd köynək və 2 ədəd kişi maykasını Ağdaş rayon, Aral Bir kəndində yaşayan, Şəxs Elbrus oğlu tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlu törətdiyi əməli etiraf edərək izahatında, Ağdaş rayonu, Aral Bir kəndində ailəsi ilə birgə yaşadığını, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək törətdiyi əməldən səmimi peşmamçılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 oğlu məhkəmə iclasında izahatında, Şəxs Elbrus oğlundan şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmədən Şəxs Elbrus oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və Ağdaş rayon polis şöbəsinin sahə rəisi X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Elbrus oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Şəxs Elbrus oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Şəxs Elbrus oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun şəxsiyyətini, əməlində səmimi peşmaçılıq çəkməsi məsuliyyəti yüngülləşdirici hal kimi və ağırlaşdırıcı halların olmamasını, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Elbrus oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1991-ci il tarixdə Ağdaş rayon, Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayon, Ara Bir kəndində yaşayan Şəxs Elbrus oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti Şəxs Elbrus oğluna təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar