Məhkəmə qərarları › İş №3(014)-348/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-348/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-348/2020 09.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclas katibi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəİnzibati xəta haqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytinantı X1 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində saat təxminən 08:45 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X3 məruzə edərək bildirdi ki, Şahid2 və Şahid1 Elbrus oğlu ilə xx xxxxxxxx 2020-ci il tarixdə 08:45 radələrində Ağdaşşəhər ərazisində **-YP-*** keşik avtomabili ilə xidmətdə olarkən bir nəfər şəxsin VAZ 2107 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomabillə Ağdaşşəhəri M.İsayev küçəsində rayon məhkəməsininn qarşısında yüksək surətlə və konstraksiya dəyişikliklə hərəkət etdiyini müəyyən etmişlər. Bundan sonra həmin avtomobilin Ağdaşşəhəri H.Əliyev prospekti mədəniyyət evinin qarşısında dayandığını görüb onun sürücüsünə yaxınlaşmışlar. Sürücüyəözlərini təqdim etmiş, vətəndaşa qanun pozuntusu etməsini bildirmişlər və onu Ağdaş RPŞ-ə dəvət etmişlər. Lakin vətəndaş Şəxs polislərin qanuni tələbinə qəsdən tabe olmamış, polislərə qarşı tabesizlik və aqressivlik göstərmişdir. Həmçinin kobudluq nümayiş etdirərək avtomobiləəyləşib sürətlə uzaqlaşmışdır. Raporta əsasən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailəüzvləri ilə birlikdə Ağdaşşəhəri, Üçqovaq küçəsində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaşşəhəri, M.İsayev küçəsindəözünə məxsusu olan VAZ 2107 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Ağdaş Rayon məhkəməsinin qarşısında ehdiyatsızlıqla yüksək surətlə avtomobil idarə edərkən maşın tərəfdən səs gəlmişdir. Buna görə Ağdaş RPŞ-nin DYP-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, Ağdaş RPŞ-nə dəvət etmişlər. Bu zaman o polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, polis əməkdaşlarına qarşıəsəbi halda aqressivlik nümayiş etdirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır, gələcəkdə belə hallara yol verməyəcəyinə söz vermişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 izah etdi ki, Şahid1 Elbrus oğlu ilə xx xxxxxxxx 2020-ci il tarixdə 08:45 radələrində Ağdaşşəhər ərazisində **-YP-*** keşik avtomabili ilə xidmətdə olarkən bir nəfər şəxsin VAZ 2107 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomabillə Ağdaşşəhəri M.İsayev küçəsində rayon məhkəməsinin qarşısında yüksək surətlə və konstraksiya dəyişikliklə hərəkət etdiyini müəyyən etmişlər. Bundan sonra həmin avtomobilin Ağdaşşəhəri H.Əliyev prospekti mədəniyyət evinin qarşısında dayandığını görüb onun sürücüsünə yaxınlaşmışlar. Sürücüyəözlərini təqdim etmiş, vətəndaşa qanun pozuntusu etməsini bildirmişlər və onu Ağdaş RPŞ-ə dəvət etmişlər. Lakin vətəndaş Şəxs polislərin qanuni tələbinə qəsdən tabe olmamış, polislərə qarşı tabesizlik və aqressivlik göstərmişdir. Həmçinin kobudluq nümayiş etdirərək avtomobiləəyləşib sürətlə uzaqlaşmışdır. Biz onu nizam intizama dəvət etdikdə, əməlindən dönməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs məcburən Ağdaş RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, o, Ağdaşşəhəri, Üçqovaq küçəsində qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında digər Şahid1 Elbrus oğlu Şahid2 izahatına uyğun izahat verərək yuxarıda göstərilən xüsusatları təsdiq etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X2 vəşahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan RespublikasıİXM-nin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübuta yetirilir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir Şəxs barəsində inzibati tənbeh tədbiri İXM-nin 535.1-ci maddəsinin sanksiyasına uyğun verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinəəsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinəəsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinəəsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmançılığını yüngülləşdirən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 31.4, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1996-cı il təvəllüdlü, Ağdaş rayon Tofiqi kəndində anadan olmuş, Ağdaşşəhəri, Üçqovaq küçəsində yaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar