Məhkəmə qərarları › İş №3(014)-348/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-348/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-348/2021 09.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021 saylı, 24.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 may 2021-ci il tarixindən başlayaraq, 03 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Həmin icra vərəqəsinə əsasən hesablanmış 700 manat aliment borcu Şəxs tərəfindən ödənilməsi tələb edilsə də, borclu tərəfindən icra məmurunun qanuni tələbləri qərəzli olaraq yerinə yetirilməmiş, buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən onun barəsində 09 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021 saylı, 24.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 may 2021-ci il tarixindən başlayaraq, 03 oktyabr 2016-cı il təcəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçı X4 ödənilməli olduğunu, imkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 700 manat borcunun yarandığını, 150 manat ödədiyini, qalan borcunu az vaxtda ödəyəcəyini və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahatında Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021 saylı, 24.06.2021ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 08 may 2021-ci il tarixindən başlayaraq, 03 oktyabr 2016-cı il təcəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçı X4 ödənilməsinə dair icra vərəqəsinin 08.07.2021-ci il tarixdə icraatına daxil olduğunu, həmin icra vərəqəsinə əsasən borclunun 700 AZN aliment borcunun yarandığını, borcundan 150 manat pulu ödədiyini, qalan pulu az vaxtda ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 dinləyib, iş materiallarını məhkəmə araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Şəxs 08 may 2021-ci il tarixindən başlayaraq, 03 oktyabr 2016-cı il təcəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq iddiaçı X4 ödənilməsi barədə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021 saylı icra vərəqəsinə əsasən borclunun 700 AZN aliment borcu yaranmış, bununla əlaqədar olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021saylı icra vərəqəsi 08.07.2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4017/2021 saylı icra vərəqəsinə əsasən borclunun 700 AZN aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X2 hərəkətlərində müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar