Məhkəmə qərarları › İş №3(014)-348/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-348/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-348/2025 08.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Ağdaş şəhəri X6 küçəsində ucadan qışqırıb ünvansız küçə söyüşləri işlətmiş və polis əməkdaşlarının sakit ol qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ağdaş şəhəri S.Səlimoğlu küçəsində Zərərçəkmiş şəxs Fəzayıl oğlunun nəzarətçi işlədiyi şirkətə məxsus 80 manat dəyərində 01 ədəd “Demolition Hammer A65” markalı preparatı oğurlamaqla İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan MN ******* saylı və 510 və 535.1-ci maddələri ilə olan MN ******* saylı inzibati protokollar “İnzibati xəta haqqında iş üzrə icraatın birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardada əsasən bir icraatda birləşdirilməklə baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından və natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs şəxsiyyət vəsiqəsi olmamaqla onun barəsində protokollarda doğum haqqında şəhadətnaməsinə dair məlumatlar qeyd edilmiş, lakin həmin şəhadətnamənin surəti tamamilə oxunulması mümkün olmayacaq formada əlavə edilməklə həmin şəhadətnamənin Şəxs aid olubolmadığını eyniləşdirmək üçün mötəbər sübutlar materiallara əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X1 Təmir müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubunda və həmin tarixli aktında məktuba əlavə edilmiş fotoşəkildəki şəxsin həqiqətən Şəxs olduğu göstərilsə də şəkillə bağlı lazımi qaydada rəsmiləşdirmə aparılmamış, şəkil olan səhifədə hər hansı rəsmi qeyd göstərilməmişdir. Bundan başqa , iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs Fəzayıl oğlunun xx.xx.2025-ci il tarixli ərizəsinin və xx.xx.2025-ci il tarixli izahatının, Ağdaş RPŞ-nin təhqiqatçısı X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən, eləcə də “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Fəzayıl oğlunun nəzarətçi vəzifəsində işlədiyi, ofisi Bakı şəhərində yerləşən şirkətə məxsus 1 ədəd Demolition Hammer A65” markalı preparatorun oğurlanması ilə bağlı sonuncunun şikayəti əsasında Ağdaş RPŞ-də araşdırma aparılmış və hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi talanmış əmlakın həqiqi mülkiyyətçisi, yəni inzibati xəta nəticəsində maddi zərər dəymiş zərərçəkmiş şəxs- şirkət (hüquqi şəxs) barədə araşdırma orqanı heç bir araşdırma aparmadan, Zərərçəkmiş şəxs Fəzayıl oğlunun şirkəti (hüquqi şəxsi) təmsil etmək hüququnun olub-olmadığını aydınlaşdırmadan, bununla da xırda talama hadisəsi ilə bağlı zərərçəkmiş şəxsi müəyyənləşdirmədən, o cümlədən qanunvericilikdə müəyyən edilmiş hüquqlarını təmin etmədən, xüsusilə də zərərçəkmiş şəxsin barəsində inzibati icraat aparılan şəxslə barışıq əldə edib etmədiyini, dəymiş ziyanının zərərçəkmiş şəxsə ödənib-ödənilmədiyini araşdırmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etməklə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır, 62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 62.2.2. izahat vermək; 62.2.3. sübutlar təqdim etmək; 62.2.4. vəsatət və etirazlar vermək; 62.2.5. hüquqi yardımdan istifadə etmək; 62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 62.2.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir, 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir, 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından və natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar