Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-349/2020 11.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 02:10 radələrində Ağdaş rayon Polis şöbəsinin inzibati binasının qarşısında Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Buna görə onun barəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və xx xxxxxxxx 2020-ci il tarixdə qohumu Mirzəyeva Həyatın valideynləri ilə birlikdə Ağdaş rayonuna qohumunun uşağını aparmağa gəldiklərini, birinci olaraq Ağdaş rayon Polis şöbəsinə daxil olduqlarını və azyaşlı uşağı atasından almaq istədiklərini polis əməkdaşı Haqverdi Əliyevə bildirdiklərini, o da onlara DİN-nin 102 xidmətinə məlumat vermələrini dediyini, bundan sonra oradan çıxıb bir qədər uzaqlaşdıqdan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdiklərini, bundan sonra polis əməkdaşı Şahid zəng edərək onları Polis şöbəsinə dəvət etdiyini və oraya gələndə polis əməkdaşı Şahid onları Polis şöbəsinin qarşısında qarşıladığını, ondan nə üçün DİN-nin 102 xidmətinə məlumat verdiyini soruşduğunu, bu zaman əsəbi olduğundan Polis şöbəsinin qarşısında səs-küy saldığını, polis əməkdaşı Şahid onu nizam-intizama dəvət etsə də, onun qanuni tələbinə qəsdən tabe olmadığını, buna görə onu Polis şöbəsinə dəvət etdiklərini, bu hərəkəti əsəbi olduğu üçün etdiyini, hazırda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid məhkəmə iclasında xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Polis şöbəsində növbətçi olduğunu, həmin gün geçə saat 02:10 radələrində sonradan adı ona məlum olan Daşkəsən rayon sakini Şəxs Ağdaş rayon Polis şöbəsinin qarşısında səs-küy saldığını, onu nizam-intizama dəvət etsə də, onun qanuni tələbinə məhəl qoymadığını, buna görə də onu rayon Polis şöbəsinə dəvət etdiyini təsdiq etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs Kəpəz RPŞ-də xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi, lakin barışdıqları üçün inzibati xəta haqqında işin icraatına xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1980-ci ildə Kəlbəcər rayonunun Həsənlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X1 idarəsində meşəbəyi köməkçisi vəzifəsində işləyən, Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olan, faktiki olaraq Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib iki yüz manat də cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Düzdür: Hakim: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-349/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-349/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver