Məhkəmə qərarları › İş №3(014)-349/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-349/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-349/2022 01.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı X3 31 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs2 onun keçmiş arvadıdır. Zərərçəkmiş şəxs2 ilə rəsmi ayrılmış, lakin birgə mülkiyyətə dair iş Ağdaş Rayon Məhkəməsinin icraatındadır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evin həyətində olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs2, Ella Mahmudova və Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gəlmələrini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 evə daxil olaraq geyim əşyalarını götürəcəyini söyləmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs1 və Ella Mahmudovanın da evə daxil olmalarını görmüşdür. Buna görə də onlara yaxınlaşaraq evə yalnız Zərərçəkmiş şəxs2 daxil ola biləcəyini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 artıq evin içərisində olmuş Zərərçəkmiş şəxs1 və Ella Mahmudova evə daxil olmalarının qarşısını almaq üçün evin giriş qapısını açar ilə bağlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 evin pəncərəsindən çıxmaq istəmiş və bu zaman ayağı burxulmuşdur. Nəticədə ayağından xəsarət almışdır. Gələcəkdə bir də belə hərəkətə yol verməyəcəkdir. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində anası Ella Mahmudova və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə idarə etdiyi “Lifan“ markalı ** RK *** dövlət qeydiyyat nişanl avtomobil ilə bacısı Zərərçəkmiş şəxs2 keçmiş əri Şəxs ilə birgə mülkiyyətində olan Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən evə getmişlər. Həmin evin həyətində olan zaman bacısı Zərərçəkmiş şəxs2 ilə Şəxs birgə mülkiyyətində olan evin bir hissəsinin Şəxs tərəfindən sökülməsini görmüşdür. Özünə məxsus mobil telefonla həmin hissənin videosunu çəkməyə başlamış, daha sonra anası Ella Mahmudova və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə evin arxa hissəsinə keçmişlər. Bundan sonra bacısı İnci evə daxil olmuş, Şəxs isə evin giriş qapısını açar ilə bağlamışdır. Bacısı Zərərçəkmiş şəxs2 evin pəncərəsindən bayıra çıxmışdır. Şəxsla onların arasında mübahisə və dava-dalaş baş vermişdir. Davadalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Dava-dalaş nəticəsində onların hamısı xəsarət almışlar. Hazırda onunla barışmışdır, Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış ərizə təqdim edərək bildirdi ki, bacısı – hazırkı iş üzrə Zərərçəkmiş şəxs2 da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxslərin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar