Məhkəmə qərarları › İş №3(014)-350/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-350/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-350/2020 11.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxx 2020-ci il tarixdə Ağdaş şəhər Vaqif Küçəsində Şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında təhqir etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantı X4 izah etdi ki, şəhər Vaqif Küçəsində Şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı olaraq Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək Şəxs onu nalayiq ifadələrlə söyərək təhqir etdiyini bildirmiş və bu barədə müvafiq tədbirlər görülməsini xahiş etrmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, X2 və Zərərçəkmiş şəxs izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki Ağdaş şəhər Vaqif küçəsində ailəsi ilə birlikdə yaşayır. Aynurə onların mərhum atalarına məxsus, qardaşı Namizəd tərəfindən kirayə verilmiş evdə kirayə qalır. Aynurədən dəfələrlə evi tərk etməsini, qardaşının həmin evi kirayə verməyə ixtiyarı olmadığını bildirsə də, Aynurə onun tələblərini qulaqardına vurmuş, həmin evdə yaşamağa davam etmiş, bununla aralarında narazılığın yaranmasına səbəb olmuşdur. Aynurənin həmin evdə qalmasını istəmir. Hadisə günü o, Zərərçəkmiş şəxs təhqir etməmiş, sadəcə onunla söhbət etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol vermiyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, Ağdaş şəhər vaqaif küçəsində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə qaldığı evin qabaq küçəsində bir neçə şəxsin danışdığını, qapıya cıxıb olara nə lazım olduğunu soruşduğunu, onların qaz idarəsinin işçiləri olduğunu, onun yaşadığı evin qazını kəsəcəylərini bildirmişlər. Onlara hansı səbəbdən qazını kəsdiklərini söyləyəndə ona telefon nömrəsi göstərərək həmin şəxsin onun qazını kəsməyi dediyini, bu zaman aralarında mübahisə yarandığını, onlara qazı kəsməyə icazə vermədiyini, bir neçə dəqiqədən sonra anası və qohumu Şahinin gəldiyini, onlara qaz idarəsinin işçilərinin gəliyini və qazını kəsmək isdədiklərini, lakin onun isə icazə vermədiyini söylədiyi zaman küçədə Bayramın ona qarşı nalayiq söyüşlər işlədərək onu arxadan bərk itələdiyini, kiçik oğlu onun yıxıldığını görüb ağladığını, Bayramın yenə onu söyərək çıxıb getdiyini bildirmişdir. Bu barədə Ağdaş RPŞnə ərizə ilə müraciət etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəfi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Ağdaş RPŞ-nin rəisi İTB-nin sahə rəisi polis leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Y Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1958-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Ağdaş şəhəri Vaqif küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar