Məhkəmə qərarları › İş №3(014)-350/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-350/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-350/2023 09.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1963-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 09 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 sakini, xx.xx.1963-cü il təvəllüdlü Şəxs tərəvəz istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Şəxs istifadəsində olan həmin həmin torpaq sahəsindən, hündürlükləri 39 sm-dən 56 sm-dək, yaş vəziyyətdə, yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar 2 (iki) ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Şəxs istifadəsində olan torpaq sahəsinə baxış keçiriləməsi ilə əlaqədar ptorokol tərtib edilmiş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 08 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, əvvəllər məhkum olmamış, hazırda heç bir yerdə işləmir, lakin Ağdaş rayonu Yuxarı Nemətabad kəndinə gedən yol kənarında yerləşən istifadəsində olan torpaq sahəsində yonca və tərəvəz bitkilərini əkib-becərilməsi ilə məşğul olur. Təxminən 20 gün əvvəl kənd ərazisindəki avtomobil yolunun kənarından, içərisində toxum dənəcikləri olan kiçik kağız parçası tapmış, daha sonra həmin kağız parçasının içərisindəki toxumları istifadəsində olan torpaq sahəsinə gətirmiş, gətirdikdən sonra həmin toxumları istifadəsində olan ünvan 1indəki həmin torpaq sahəsinin kənarında əkmiş, həmin toxumlar narkotik tərkibli çətənə toxumlar idi. Çətənə kollarının böyüməsi üçün yetərincə qulluq etmiş, əkdiyi çətənə toxumlarının hamısını istifadəsində olan pay torpaq sahəsində əkmiş, əkdiyi çətənə toxumları ümumilikdə 02 ədəd idi. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:34 radələrində yaşadığı evin həyətində olarkən, Ağdaş RPŞ əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və onun əkib-becərdiyi əlavə torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməyi ilə əlaqədar məlumatlarının olmasını ona bildirmişlər. Bununla əlaqədar həmin torpaq sahəsinə baxış keçirəcəklərini söylədiklərində bununla bağlı polis əməkdaşlarına öz razılığını bildirmiş və polis əməkdaşlarını istifadəsində olan torpaq sahəsinə dəvət etmişdir. Həmin vaxt polis əməkdaşlarına, əkib-becərdiyi pay torpaq sahəsində narkotik tərkibli çətənə kollarını əkdiyini bildirmiş və bundan sonra həmin 02 ədəd çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşları həmin çətənə bitkilərini kökündən çıxarmışlar, sonra həmin çətənə kollarının hündürlüklərini ölçülmüş, onlardan ən kiçiyi 39 sm-dən, ən hündürü isə 56 sm-dək idi və həmin çətənə kolları kökündən çıxardılıb qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş 2 (iki) ədəd narkotik tərkibli kollar kağız zərfə qablaşdırılmış, zərfin üzərinə imza etmişlər. Zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuş, bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra onun və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etmişlər. O, həmin narkotik tərkibli bitkilərin toxum dənəciklərini təxminən 20 gün əvvəl, yaşadığı ünvan 1 ərazisindəki avomobil yolunun kənarından, kiçik kağız parçasının içərisindən tapmışdır. Şəxsi istifadə etmək məqsədilə əkmiş və onun heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, ünvan 1i ünvanında Şəxs istifadə etdiyi torpaq sahəsində 2 ədəd narkotik tərkibli bitkiyə oxşar çətənə kolları aşkar edilmiş və həmin çətənə kollarına M.Abdurahmanov tərəfindən aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 tərəfindən 08 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 31 may 2023-cü il tarixli, 17/432 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Şəxs yaşadığı ünvan 1 sahəsində olan bağ sahəsində....” yazısı, adlar və imzalar olan sellofan torbanın içərisindəki 2 (iki) ədəd, uzunluqları 56 sm və 39 sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 21,09 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X7 tərəfindən verilmiş 31 may 2023-cü il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 09 iyun 2023cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan ümumi çəkisi 21,09 qram olan 2 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar