Məhkəmə qərarları › İş №3(014)-350/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-350/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-350/2025 10.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Müdafiəçi Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş şəhəri M.Şeyxzadə küç 26 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-241/2025 saylı xx.xx.2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1910/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2799 manat 61 qəpik üzürsüz səbəbdən ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Şəxs hər dəfə yalan vədlər verərək borcunu icra etməkdən yayınmışdır. Dəfələrlə ona xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xəstə olduğu üçün işləyə bilmir onun səhhətində ciddi problemlər var. Buna görə də, yaranmış aliment borcunu ödəyə bilmir .Bunları nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, yaranmış aliment borcunun ödənilməsini tələb edir, borclunun dedikləri ilə razı deyildir. Borclu ilə aralarında olan problemlər nəticəsində aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu onları evdən qovub, evlərini kirrayə verib, imkanı da yaxşıdır. Borcun ödənilməsinin təmin edilməsini xahiş edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1910/2022 saylı, 26 dekabr 2022-ci il tarixli icra vərqəsinə əsasən cavabdeh Şəxs 15 noyabr 2022-ci tarixdən başlayaraq 28 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməldir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1910/2022 saylı, 26 dekabr 2022-ci il tarixli icra vərqəsi üzrə 09 yanvar 2023-cü il tarixdə icraata başlanmışdır. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli № 3727/2023-71-1-004 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə üzrə tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında qərardan görünür ki, 10 yanvar 2025-ci il tarixdəborclunun axtarışa verilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 03 mart 2025-ci il tarxli MN № ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Ağdaş Rayon Məkməsinin 2(014)-1910/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat aliment tutularaq tələbkara hesabına köçrülməlidir. Borclu 1880.39 manat aliment borcunu üzursüz səbəbdən ödəməmişdir. Buna görə də onun barəsində 03 mart 2025-ci il tarixdə protokol tərtib edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(014)- 241/2025-ci il saylı icra vərəqəsindən məlum olur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-241/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılsın. Şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 28 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilsin. Miqadarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İMS-nin keçrilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 12 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 2(014)-1910/2022 saylı, iş üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 12 may 2025-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1910/2022 saylı, 12 may 2025-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun 11 aprel 2025-ci il tarixli borclunun axtarılması barədə qərarının surətindən görünür ki, Ağdaş şəhəri, M.Şeyxzadə küç 26 qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan EEQ-müayinəsindən görünür ki, Şəxs paroksizmal meyillilik aşkar olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, Şəxs İİ qrup əlil olmasını nəzərə alıb hesab edir ki, Şəxs qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 6 (altı) saat 30 (otuz) dəqiqə iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 71 (yetmiş bir) manat 50 (əlli) qəpik Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 71 (yetmiş bir) manat 50 (əlli) qəpik Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar