Məhkəmə qərarları › İş №3(014)-352/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-352/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-352/2023 12.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında aralarında olan dava-dalaş zamanı Zərərçəkmiş şəxs sağ əlindən vuraraq, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla əvvəllər hər hansı mübahisəsi olmamışdır. Təxminən 6 ildir ki, ünvan 3 ünvanında yerləşən körpələr evində mühafizəçi işləyir. İşlədiyi yerin yaxınlığında dörd mərtəbəli tikintisi başa çatmamış yaşayış binası yerləşir. Həmin binaya da nəzarət edir. Binanın həyətində binanın tikintisi üçün nəzərdə tutulmuş dəmir parçaları var. Bir müddət sonra həmin dəmir parçaları Zərərçəkmiş şəxs yaşadığı evin hasarında görmüşdür. xx.xx.2023-cü il tarixdə mağazaya gedən zaman Zərərçəkmiş şəxs evinin yaxınlığından keçmiş və dəmir parçalarını gördüyü üçün yaxınlaşıb Rahilə Əkbərovdan dəmir parçalarını haradan almasını soruşmuş, bu zaman Zərərçəkmiş şəxs eyvana çıxaraq onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməyə başlamış, daha sonra həyətə düşərək əlində dabankeşlə üzərinə gəlmişdir. Özünü müdafiə etmək üçün onun əlindən dabankeşi götürüb kənara atmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin dəmir parçaları iş yerinin yaxınlağındakı tikintisi başa çatmamış yaşayış evinə məxsus idi, bunun hardan almasını Zərərçəkmiş şəxs soruşduqda o, mübahisə etməyə başlamışdır. O, da özünü müdafiə etmək üçün əlindəki dabankeşi götürüb kənara atmış, mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs hər hansı nalayiq ifadələr işlətməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır, onunla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Şəxs evinin yaxınlığındakı uşaq evində mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Şəxs evinin qarşısından keçən zaman ona yaxınlaşaraq həyətinin kənarındakı dəmirləri hardan almasını soruşmuşdur. Şəxs həmin dəmirləri ona oğurlamaqda günahlandırmışdır. Bir daha Rzaya dəmirlərin bir hissəsini çöl sahəsindən gətirməsini bir hissəsini almasını demişdir. Dəmirləri evinin yaxınlığındakı bağ sahəsinin kənarlarını bağlamışdr. Bundan sonra Şəxs onun ünvanına qarşı nalayiq ifadələr işlətmiş, işlədiyi obyektdən dəmirləri oğurlamaqda günahlandırmış, daha sonra mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Rzanın evinin qapısının yanında olan dabankeşlə sağ əlindən vurmuş, daha sonra oradan uzaqlaşıb getmişdir. Şəxs ilə aralarında mübahisə və dava-dalaş xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında baş vermiş, mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş zamanı Şəxs hər hansı xəsarət yetirməmişdir. Hazırda onunla barışmışdır. Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, 15:00 radələrində Zərərçəkmiş şəxs ilə ünvan 4 ünvanında aralarında olan dava-dalaş zamanı Zərərçəkmiş şəxs sağ əlindən vuraraq, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar