Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-352/2025 14.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,Ağdaş şəhəri, X13 küçəsi 2/9 nömrəli ev ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 iyul 2025-ci il tarixdə saat 18:30 radələrində Ağdaş şəhəri X13 küçəsində ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb xırsa xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının “sakit ol” qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 05 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 05 iyul 2025-ci il tarixdə saat 18:30 radələrində Ağdaş şəhəri X13 küçəsində ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb xırsa xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının “sakit ol” qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 05 iyul 2025-ci il tarixdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində ucadan qışqıraraq söyüş söymüşdür. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və o, əsəbi olduğundan polis şöbəsinə getməyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Ağdaş rayon Polis şöbəsinin NMQnun əməliyyat müvəkkili X9 məhkəməyə verdiyi izahatda Ağdaş rayon Polis şöbəsinin Tədqiqat bölməsindən daxil olmuş məlumat əsasında Mustafayev Səməd ilə birgə hadisə yerinə getmişlər həmin vaxt həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz əməllərinə davam etmişlər, daha sonra polis şöbəsinə getmələri baradə xəbərdarlıq etmişlər və polis şöbəsinə gətrilərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı X3 izahatında Emil Dəmirovun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində kartoteksinda heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili X10 rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vəfalı Həsənalıyevə ünvanladığı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-in TB-dən aparılan araşdırma ilə bağlı Ağdaş rayonu Vaqif küçəsində qeydiyyatda olan xx.xx.2005 təvəllüdlü Şəxs və xx.xx.2005ci il təvəllüdlü X1 Ağdaş RPŞ-in TB-dən izahatanın alınması üçün gətirilməsi ilə bağlı icraatlarına raport daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Səməd Mustafayev ilə birlikdə Şəxs və X2 yaşadığı Ağdaş şəhəri ərazisində X13 küçəsində onlara yaxınlaşmışılar.Onlara özlərini təqdim edmiş, TB-də aparılan araşdırma ilə bağlı izahatlarının alınması üçün onları Ağdaş RPŞyə getmək üçün dəvət etmişlər. Lakin onlar Ağdaş RPŞ-yə getmək istəmədiklərini bildirərək ucadan qışqıraraq səs-küy salmağa, ünvansız söyüşləri söyməyə başlamışlar. Onlardan sakit olmalarını, ictimai qaydanı pozmamaqlarını tələb etmişlər. Ona Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmiş nizam-intizama dəvət etmişlər. Lakin onlar qanuni tələblərə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişlər. Həmin şəxslərin əməli Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğu üçün Ağdaş RPŞ-yə gətirmiş, növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuş, 07 iyul 2025-ci il tarixdə 18:55-də azad olunmuşdur. Zahiri baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi iş üzrə şahidlərin izahatları, Şəxs barəsində tərtib olunmuş 05 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məssuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:10-dan 07 iyul 2025-ci il tarixdə 18:55-ə kimi inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-352/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-352/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver