Məhkəmə qərarları › İş №3(014)-353/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-353/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-353/2024 26.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iclas katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 iştirakları ilə xx xxxxxxx 1978-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 26 iyul 2024-cü il tarixdə, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs sol qolunu dişləmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X1 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs və X8 barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 13 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşadığını, X3 onun doğma bacısı olduğunu, bacısı Səyyarənin anadangəlmə 3-cü qrup əlil olduğunu, X4 isə onun həmkəndlisi olduğunu, X2 da Günayın anası olduğunu, əvvəllər aralarında bəzi problemlərin olduğunu, belə ki, xx.xx.2024-cü il tarixdə təxminən səhər saatlarında bacısı Səyyarənin bulaqdan su gətirməyə gedən vaxt küçədə, daha doğrusu qapılarının qarşısında iribuynuzlu heyvanların olduğunu gördüyünü, ona görə də heyvanların qapılarının qarşısını batırmamaları üçün heyvanları geri qaytardığını, həmin vaxt da Dəyanətin bacısı Səyyarənin heyvanları geri qaytardığı üçün onu döyməyə çalışdığını, həmin vaxt da anasının evdən çölə çıxaraq Dəyanətin qarşısını kəsdiyini və bacısı Səyyarəni döyməyə qoymadığını, lakin özünün həmin vaxt evdən çölə çıxmadığını, daha sonra anası Səyyarəni evə gətirdiyini, təxminən axşam saat 18-19 radələrində anasıyla bacısının yaşadıqları evin qapısının qarşısında dayandığını, özünün isə evdə olduğunu, həmin vaxt Dəyanətin qızı Günayın bacısının üzərinə gəldiyini, həmin vaxt Günayın əlləri ilə bacısı Səyyarəni döyməyə başladığını, sonra da onların ünvanına nalayiq ifadələr işlətməyə başladığını, özünün isə sonradan küçəyə çıxdığını, həmin vaxt da Günayın yenə də onların ünvanına nalayiq ifadələr işlətdiyini, sonra da Günayın yanına gedərək onları aralaşdıraraq aranı sakitləşdirməyə başladığını, həmin vaxt isə Günayın anası Dəyanətin əlində yaba olduğunu, həmin vaxt anasıyla bacısını yaşadıqları evə apardığını, elə həmin vaxt da güclü yağış yağmağa başladığını, ona görə də Günayla Dəyanətin oradan çıxıb getdiklərini bildirmişdir. Həmçinin o izahatında, həmkəndliləri Günay və anası Dəyanət ilə aralarında baş vermiş mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə, təxminən saat 18-19 radələrində yaşadıqları evin qapısının qarşısında baş verdiyini və təxminən 5-10 dəqiqə davam etdiyini, həmkəndliləri Günay və anası Dəyanət ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı Günayın əlləri ilə onun bacısı Səyyarəni döydüyünü, mübahisə və dava-dalaş zamanı yanlarında həmkəndliləri Günayla Dəyanətdən başqa anası və bacısının olduğunu, Zərərçəkmiş şəxs əvvəlcədən sağ qolunun yuxarı çiyinə yaxın hissəsində yumru formalı göyərmiş xəsarət olduğunu, Dəyanətin də ertəsi gün aralarında yenidən söz-söhbət olarsa Dəyanətin qolunu göstərərək “mən də gedib sənin barəndə şikayət edəcəm” deyə bildirdiyini, özünün də ona “sən məni şərləyə bilməzsən” deyə bildirdiyini, Zərərçəkmiş şəxs xəsarətinin qolunda olduğunu, qolunun yuxarı hissəsində, çiyinə yaxın hissədə olduğunu, onun da əvvəlcədən yetirilmiş xəsarət olduğunu, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşadığını, X8 onun doğma qızı olduğunu, Şəxs, X5 və X9 tanıdığını, onların həmkəndliləri olduqlarını, aralarında əvvəllər də bəzi münaqişələr və narazılıqlar baş verdiyini, təxminən 2018-ci ildən münasibətlərinin elə də normal olmadığını, belə ki, yaşadıqları evin qarşısından çirkab suların axıdılması üçün quyu olduğunu, özlərinin həmin quyudan istifadə etmədiklərini, yaşadıqları evin həyətyanı torpaq sahəsində yaşadıqları evin çirkab sularını axıtmaq üçün quyu qazdırdıqlarını və çirkab sularını həmin quyuya axıtdıqlarını, Gülnarəgilin isə yaşadıqları evin çirkab sularını onların yaşadıqları evin qarşısında yerləşən quyuya axıtdığını, həmin quyudan isə pis qoxu gəldiyini, quyu isə evlərinə yaxın olduğundan, qoxunun evin içərisinə gəldiyini, bir neçə dəfə onlara bu barədə irad bildirsələr də, onların yenə də çirkab suları həmin quyuya axıtdıqlarını, bundan əlavə onların onu yaşadıqları kənddən şəhərə gedib-gələn mikroavtobuslara minməyə qoymadıqlarını, bir dənə də yaşadıqları evin ikinci giriş qapısının olduğunu, Gülnarəgilin onlara “siz o qapını başqa kişilərin evinizə gizlincə girib çıxa bilməsi üçün qoymusunuz” deyə bildirdiyini, yəni qısaca olaraq bu səbəblərə görə aralarında mütəmadi olaraq narazılıqlar münaqişələr baş verdiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadıqları evdə olan zaman Gülnarənin ruhi xəstə olan bacısı Səyyarənin küçədə olan iribuynuzlu heyvanları evlərinin çöl hasarının kənarında yerləşən dar küçəyə ötürdüyünü, həmin vaxt da heyvanların onların hasarının kənarında olan dəmirləri əzdiyini, özlərinin də səs-küyə çölə çıxdıqlarını, buna görə küçəyə çıxaraq Səyyarəyə öz iradlarını bildirdiklərini, Səyyarənin anası və bacısının da küçədə olduğunu, onlara Səyyarəni evə aparmalarını və çirkab sularını da başqa yerə axıtmalarını bildirdiyini, onların da onlara "yaxşı edirik” deyə bildirdiklərini, bu səbəbdən də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə birinci dəfə Səyyarənin sillə ilə onun sifət nahiyəsindən vurduğunu, həmin vaxt Səyyarənin bacısı Gülnarənin onları videoqeydə aldığını, özünün də ona görə ona “Sən Səyyarənin məni vurmasını da çək da, mən də istəsəm Səyyarəni vuraram, lakin o ruhi xəstə olduğundan mən onu vurmuram ki, sonra deyəcəsiniz ki, sən xəstəni vurmusan” deyə bildirdiyini, həmin vaxt onların ünvanlarına nalayiq ifadələr işlətdiklərini, bundan sonra isə həmin vaxt evlərinə bir nəfər şəxs gəldiyini, özlərinin də buna görə yaşadıqları evə getdiklərini, Gülnarəgilin də yaşadıqları evə getdiklərini bildirmişdir. Həmçinin, o, izahatında, həmkəndliləri Gülnarəgilin, yəni onun bacısı və anası ilə aralarında baş vermiş mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə, təxminən saat 18-19 radələrində yaşadıqları evin qapısının qarşısında baş verdiyini və təxminən 5-10 dəqiqə davam etdiyini, baş vermiş mübahisə və dava-dalaş zamanı Gülnarənin onun sol qol nahiyəsindən dişlədiyini, buna görə də Gülnarənin barəsində daha ağır inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X13 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs sol qolunu dişləmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X1 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs və X8 barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 13 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X10 X18 Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol saidin yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və həmin videogörüntülərdə tərəflərin mübahisə etməsi görünsə də, Şəxs Zərərçəkmiş şəxs qolunu dişləməsi və xəsarət alması müəyyən edilməmişdir. Sualları cavablandırarkən zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs videoçəkilişi dayandırdıqdan sonra onu dişləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 26 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı, 05 iyul 2024-cü il tarixli ekspert rəyi, inzibati xəta haqqında işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs 19 radələrində yaşadıqları evin qapısının qarşısında baş vermiş mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs sol qol nahiyəsindən dişləməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə İXM-in 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar