Məhkəmə qərarları › İş №3(014)-355/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-355/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-355/2021 13.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, “Vətən müharibəsi” iştrakçısı, “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş, Ağdaş şəhəri Sabir küçəsi 36 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi LF ******* markalı ** KT *** dövlət nömrə nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək, zəzərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla əlaqədar X1 barəsində 10 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilməyərək bildirdi ki, o, 10 sentyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində idarə etdiyi LF ******* markalı ** KT *** dövlət nömrə nişanlı avtomobillə sürücülük vəsiqəsi olmadan Ağdaş şəhəri Heydər Əliyev prospekti ilə bazar istiqamətində hərəkətdə olan zaman Ağdaş şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində işıqforu yaşıl işığı yanmışdır. Bu zaman onun idarə etdiyi avtomobildən qarşıda hərəkətdə olan Volkswagen markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdur. Spirtli içki qəbul etməmişdir. Hadisə zamanı nə özü nədəki zərərçəkmiş şəxs xəsarət almamış, zərərçəkmiş şəxsə maddi zərər vurmamışdır. Hadisə avtomobilin əyləcində olan nasazlıqdan baş vermişdir. “Vətən müharibəsi” iştrakçısının olmasını və “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində idarə etdiyi Volkswagen markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobillə Ağdaş şəhəri Heydər Əliyev prospekti ilə bazar istiqamətində hərəkətdə olan zaman Şəxs məxsus LF ******* markalı ** KT *** nömrəli maşın onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət almamış, ona maddi zərər dəyməmişdir. Hazırda Şəxs hər hansı bir şikayəti yoxdur. Buna görədə inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin əlamətləri yoxdur. İnzibati xəta – insanın hərəkət və hərəkətsizliyində ifadə olunan xarici davranış aktıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin imperativ tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsi inzibati xətanın tərkibinin həmin əlamətlərini “obyekt”, “obyektiv cəhət”, “subyekt”, “subyektiv cəhət “ adlandırır. İnzibati xətanı xarakterizə edən əlamətlər hər bir inzibati xətanın tərkibi üçün zəruri olmaqla bərabər “inzibati xətanın obyektiv cəhətini” təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti inzibati xətanın obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər inzibati xətanın obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, inzibati xətanın obyektiv cəhəti – insanın qanunula qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış formasıdır. Beləliklə, inzibati xətanın obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər inzibati xətanın “obyektiv cəhəti” xətanın əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, inzibati məsuliyyət ehtimalını istisna edir. Bu hallarda (yəni inzibati xətanın obyektiv cəhəti xətanın əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) inzibati xəta törədən əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsi inzibati icraatla bаğlı digər mаtеriаllаr üzrə sübut еdilməli оlаn hаllаrın müəyyən еdilməsinə аid оlаn məlumаtlаrın hüquqi fоrmаsı kimi sübutlаrın mümkünlüyünü ən vаcib şərtlərindən biri kimi məlumаtlаrın, sənədlərin və əşyаlаrın əldə еdilməsi qaydasını yаlnız İXM-də göstərilən üsullarla həyata keçirilməsini təsbit etmişdir. Bu qaydalara əməl edilmədən həyat keçirilən hərəkətlər nəticəsində əldə edilən sübutlardan istifadə edilməsi isə yol verilməzdir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs əməlində Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı İХM-in 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115, 128-130-cu mаddələrini rəhbər tutаrаq Qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 10 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar