Məhkəmə qərarları › İş №3(014)-355/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-355/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-355/2024 26.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9, Zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Ağdaş şəhərində doğulmuş, Ukrayna Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X14 xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən bazarın qarşısındakı küçə ilə arvadının mülkiyyətində olan “Kia Ceed” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, Ağdaş rayonu, Yeniarx kəndində yaşayan xx.xx.2010-cu il təvəllüdlü X4 vuraraq onun sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X9 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X20 Bölməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla da X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək, barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 izahatında bildirdi ki, Ukrayna Respublikası vətəndaşı olmaqla Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 45-də müvəqqəti qeydiyyata alınmaqla 10 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir ruhi-əsəb və sair xəstəliyi yoxdur. X1 Azərbaycan Respublikası vətəndaşıdır. Ruhəngizin mülkiyyətdə “Kia Ceed” universal minik markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Ukrayna Respublikası hüdudları daxilində minik avtomobillərini idarə etmək hüququ olsa da, həmin hüquq Azərbaycan Respublikası daxilində tanınmamışdır. Həmin avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən bazar ərazisinə alışveriş etməyə gəlmişdir. Bazar ərazisində insanlar və avtomobillər daim hərəkətdə olduğundan təxminən 10 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin zaman yolun sağ hissəsində, yol kənarında qarpız satılan yerin yanından keçən zaman sağ tərəfdən nəyinsə maşına dəymə səsini eşitmiş və qəflətən dayanmış, aşağı düşmüşdür. Həmin zaman təxminən 15 yaşlı oğlan uşağının oturaq vəziyyətdə olmasını və adının X5 olmasını öyrənmişdir. Həmin zaman uşağın maşının yan hissəsinə dəydiyini başa düşmüşdür. Həmin uşaqdan xəsarətinin olub-olmadığını soruşmuşdur. Həmin uşaq isə xəsarətinin olmadığını bildirmişdir. Bundan sonra uşağın bədən nahiyəsinə baxdıqda gözlə görünən xəsarəti olmamışdır. Hər bir halda uşağa içməsi üçün su almışdır. Bundan sonra uşaq Ağdaş RMX-yə aparılmışdır. Orada şəxsə ilkin tibbi yardım olunmuşdur. Polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra Ağdaş RMX-yə getmiş və orada həkimlər tərəfindən sərxoşluğu yoxlanılmışdır. Sərxoş olmadığı müəyyən edilmişdir. Hadisənin baş verməsinə səbəbin həmin azyaşlı uşağın ehtiyatsız davranması və həmin yerin bazar ərazisi olması səbəbi ilə sıxlıq olmasıdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Eyni zamanda idarə etdiyi avtomobilə heç bir ziyan dəyməmişdir. Əməlindən peşman olduğunu, maddi imkanın zəif olması səbəbindən hal-hazırda zərərçəkmiş şəxsə maddi yardım edə bilmədiyini, lakin bir ay müddətinə həmin şəxsə 300 manat məbləğində maddi yardım göstərə biləcəyini bildirdi. Buna görə də onun barəsində həbslə əlaqəli olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsinin iştrakı ilə izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən Ağdaş şəhəri Mərkəzi bazara bazarlıq etmək üçün getmişdir. Yol kənarında qarpız alan zaman qəflətən ona avtomobil dəymişdir. Həmin zaman avtomobil ön sağ tərəfi ilə onun sol ayaq nahiyəsindən vurmuş, bundan sonra zərbədən yerə yıxılmışdır. Dərhal yaxınlıqda olan şəxslər, həmçinin sürücü yanına gəlmişlər. Onun ayağına su tökərək yumuşlar, daha sonra onu Ağdaş RMX-yə aparmışlar. RMX-də müayinə olunduqdan sonra yaşadığı evə gəlmişdir. Həmçinin, İdris Mustafayev izahatında bildirmişdir ki, hadisə baş verən zaman qarpız aldığından yola baxmamış, lakin hadisə baş verən vaxt bazarda sıxlıq olduğundan avtomobil sağa doğru sıxılaraq hərəkət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Ağdaş şəhəri, Mərkəzi bazarda baş verən yol nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs xəsarət aldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə öz aralarında razılaşdıqlarını, ona dəymiş ziyanın əvəzi olaraq Natiqin ona 300 manat pul ödəyəcəyini, X9 tutulmasını istəmədiyini, buna görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis baş serjantı X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, X14 xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən bazarın qarşısındakı küçə ilə arvadının mülkiyyətində olan “Kia Ceed” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, Ağdaş rayonu, Yeniarx kəndində yaşayan xx.xx.2010-cu il təvəllüdlü X4 vuraraq onun sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X9 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X20 Bölməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla da X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X10 X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli № 312 rəydən görünür ki, X2 bədənində olan xəsarət - sol baldırın aşağı 1/3-nin iç səthinin sıyrığı, sol aşıq daban oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024cü il tarixə uyğun gəlir, sağlamlığının qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən X9 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X9 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. X9 hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım etməsini, sonradan onunla maraqlanmasını və hazırda da dəymiş zərər kimi 1 ay ərzində 300 manat ödəməyə razı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq X11 onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar