Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-356/2020 16.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə Ş.Əhmədovun barəsində Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı H.Əliyevin xx xxxxxxxx 2020ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon prokurorluğu vasitəsi ilə Ağdaş RPŞ-nə ünvanlanmış müraciəti əsasında toplanmış xx.xx.2020-ci il tarixli HK-1/1004nömrəli materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş,Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlaməti olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı S.Süleymanov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 16sentyabr 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında material onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı H.Əliyevin inayət işi başlanması rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərarında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğu müəyyən olunmuş, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı S.Süleymanov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə keçərək ictimai qaydanı kobud surətdə pozması göstərilmiş, yəni həm cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt (il, ay, gün, saat) və inzibati xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş material natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənəddərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxsbarəsində Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-356/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-356/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver