Məhkəmə qərarları › İş №3(014)-357/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-357/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-357/2022 08.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 21 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qeyri-rəsmi yaşadığı qadınıdır. Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahlarından 2 azyaşlı övladı vardır. Onlar Bakı şəhərində uzun müddət yaşamışlar. 2021-ci ilin yanvar ayının 6-ı Zərərçəkmiş şəxs ilə aralarında olan anlaşılmazlıqlara və mübahisələrə görə Əzizə ondan ayrıldıqdan sonra uşaqları ilə birgə Ağdaş rayonunun Ləki qəsəbəsinə gedərək bu vaxta kimi Ağdaş rayonunun Ləki qəsəbsində yaşayır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs Ağdaş rayonunda olduğu vaxtlarda hər ay azı iki dəfə o, Ağdaş rayonunun Ləki qəsəbəsinə gələrək Əzizədən olan uşaqlarına baş çəkir. Müəyyən ehtiyaclarını ödəyir. Əyinlərinə paltarlarını da o, alır. Həmçinin gəlmədiyi vaxtlarda da poçt vasitəsi ilə Əzizəyə övladlarının eytiyacları üçün müəyyən məbləğdə pullar göndərir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Əzizənin yaşadığı ünvan 3 ünvanında yerləşən evinə bazarlıq edib gələrək axşam saat 23:30 radələrinə kimi evdə oturub söhbət etdikdən sonra o, işi ilə əlaqədar Bakı şəhərinə qayıtmış, sonradan həmin ərazidən keçən zaman yadına övladlarına xərclik üçün pul vermədiyi düşmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 09:10 radələrində keçmiş qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək evin həyətində oturub çay içib söhbət etdikdən sonra yorğun olduğundan saat təxminən 12:00 radələrində evə keçərək otaqda yatmışdır. Daha sonra saat 13:30 radələrində yuxudan duraraq evin həyətində oturub yemək yeyən zaman oğulluğu Mirkamilin saçının çoxluğunu görmüşdür. Mirkamilə saçını kəsdirmək üçün 5 manat pul vermişdir. Ancaq oğulluğu Mirkamilə “sən saçını kəsdirərkən normal kəsdir” söyləmişdir. Oğulluğu Mirkamil də ona “mən saçımın kənarlarını kəsdirib üst hissəsini saxlayacam” söyləyən zaman o da oğulluğu Mirkamilə irad bildirən zaman kənardan Zərərçəkmiş şəxs ona “uşaqla işin olmasın, necə istəyirsə elə də kəsdirə bilər” söyləmişdir. Həmin zaman aralarında sözlə mübahisə olan zaman təxminən saat 14:30 radələrində görmədən Zərərçəkmiş şəxs arxadan gələrək stolun üzərində olan boşqabı götürərək onun başından vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt yerindən qalxmış Əzizə qaçmaq istəmiş, saçından tutan zaman yerə yıxılmışdır. Saçından tutub pilləkənin üzərinə üzüstə bir dəfə vurmuşdur. Əzizənin anası Şahsənəm arxadan onu tutaraq Əzizədən ayırmışdır. Sonra o, Əzizənin yaşadığı evin həyətində təxminən 10 dəqiqə olub sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə onunla qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmış və aralarında dava-dalaş baş vermişdir. Həmin vaxt birinci Əzizə onun baş nahiyəsindən boşqabla vurmuş, o da Əzizənin saçından tutaraq üzüstə yerə vurmuşdur. Həmin vaxt özündə heç bir bıçaq olmamışdır. Əzizə yalan məlumat vermişdir. Onunla qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş zamanı yanlarında Əzizənin anası Şahsənəm, oğulluğu Mirkamil və iki azyaşlı 1 və 2 yaşlı övladları olmuşdur. Səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun keçmiş qeyri-rəsmi yaşadığı əridir. Onun Şəxsla qeyri-rəsmi nikahından 2 azyaşlı övladı vardır. Onlar uzun müddət Bakı şəhərində yaşamışlar. 2021-ci ilin yanvar ayının 6-ı Şəxsla aralarında olan dava-dalaşlara və işgəncələrə görə Əhməddən ayrıldıqdan sonra uşaqlarını götürərək Ağdaş rayonunun Ləki qəsəbəsində yaşayan anası Şahsənəmin yaşadığı evə gələrək bu vaxta kimi də həmin ünvanda yaşayır. Buna baxmayaraq, onun Ağdaş rayonunda olduğu vaxtlarda hər ay azı 4-5 dəfə Əhməd onlara gəlib-gedir. Hətta müəyyən vaxtlarda Əhməd onların yaşadıqları evdə qalır. Həmin dövrlərdə övladlarını saxlaması üçün müəyyən məbləğdə pul verir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində Əhməd onun istifadəsində olan mobil nömrəsinə zəng edərək yaşadıqları evə gəlməyini bildirmişdir. O, Şəxs gec olduğunu, uşaqların yatdığını söyləmişdir. Əhmədlə sağollaşdıqdan sonra telefonunu söndürmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 09:10 radələrində keçmiş qeyri-rəsmi yaşadığı Şəxs yaşadıqları evin həyətinə gələrək evin həyətində oturub çay içib söhbət etdikdən sonra yaşadıqları evin otağına keçərək 8 aylıq övladını görüb daha sonra evin həyətinə düşərək orada stolda oturmuşdur. Həmin gün günorta saatlarında yemək yeyən zaman Əhməd də həmin yeməkdən yedikdən sonra o, stolun üzərini yığışdıran zaman Əhməd onun ünvanına nalayiq söyüşlər söyərək nə üçün uşaqlarının saçlarını dibindən səliqəsiz kəsməsini söyləmişdir. Həmin vaxt həkimin uşaqların başına oksigen çatmadığını bildirdiyini və saçlarını bu səbəbdən dibindən kəsdirdiyini bildirmişdir. Daha sonra Şəxs böyük oğulluğu Mirkamil İsrailova “sənə 5 manat pul verim get saçını kəsdir, ancaq mən deyən kimi kəsdirəcəksən” söyləmişdir. Həmin vaxt o, Əhmədə “sənin uşaqlarla işin yoxdur, onlar necə saçlarını kəsdirmək istəyirlərsə, elə də kəsdirərlər” söyləmişdir. Həmin vaxt o, evin həyətində yemək yemişdir. Yeməyini yeyib qurtardıqdan sonra 8 aylıq övladı Fərid Əhmədin qucağında olmuşdur. Əhməd Fəridi yerə çırpacağını bildirən zaman o, Əhmədə yalvararaq uşağı burax ver mənə söyləmişdir. Daha sonra o, Əhmədin yaxasından tutaraq sirkələmişdir. Əhməd də Fəridi stolun üzərinə atıb ona cumaraq saçından tutub başını daşa vurmuşdur. Daha sonra yumuruqla ağız nahiyəsindən bir dəfə vurub təpiklə də sol göz nahiyəsindən vuraraq əlləri ilə boğaz nahiyəsindən tutaraq sağ yan üstə yerə çırpıb təpiklə bir neçə dəfə qarın nahiyəsindən vuraraq onu döyüb ona xəsarətlər yetirmişdir. Onu Əhməd əlləri ilə boğan zaman stolun üzərində olan dərin boşqabı götürərək Əhmədin kürək nahiyəsinə vurmuşdur. O, Əhmədin əlindən çıxıb qaçan zaman Əhməd stolun üzərində olan stəkanı götürüb ona tərəf atmışdır. Həmin stəkan onun başının sağ arxa nahiyəsinə dəymişdir. Daha sonra evin otağına keçərək DİN-in 102 xidmətinə Əhmədin onu döyməsi barədə məlumat vermişdir. Daha sonra Əhməd onların yaşadıqları evin həyətindən çıxaraq yenidən qayıdacağını söyləmişdir. Sonradan onlar Ağdaş RPŞ-yə gedən zaman Əhməd orada da onun ünvanına nalayiq söyüşlər söymüşdür. xx.xx.2022-ci il tarixdə onunla əvvəllər qeyri-rəsmi yaşadığı Şəxsla arasında baş vermiş dava-dalaş qurtardıqdan sonra Əhməd onun üzərinə bıçaq çıxartmışdır. Ancaq heç bir kəsi vurmamış və heç bir kəsə xəsarət yetirməmişdir. xx.xx.2022-ci il tarixdə onunla Şəxs arasında baş vermiş dava-dalaş zamanı Şəxs onu döyən zaman stolun üzərində olan boşqabı götürərək Əhmədin kürək nahiyəsinə vurmuş, ancaq dəqiq olaraq hansı nahiyələrindən vurmağını xatırlamır. Onun qeyri-rəsmi yaşadığı Şəxsla aralarında baş vermiş dava-dalaş zamanı yanlarında anası Şahsənəm, oğlu Mirkamil və iki azyaşlı 8 aylıq və 2 yaşlı övladları olmuşdur. Səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar