Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-357/2024 30.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1979-cu ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbdə laborant işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 16 iyul 2024-cü il tarixdə, saat 14 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qonşusu Zərərçəkmiş şəxs döyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə Zərərçəkmiş şəxs döyülməsinə dair məlumat daxil olmuşdur. Bununla bağlı polis əməkdaşları hadisə yerinə getmiş və Zərərçəkmiş şəxs Polis Şöbəsinə gətirilmişdir. Daha sonra ekspertiza keçirilmiş və araşdırma zamanı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs onun həyətyanı sahəsindən yol istəmiş, o isə bununla razılaşmadığından artıq bir ilə yaxındır ki, aralarında torpaq mübahisəsi vardır. 16 iyul 2024-cü il tarixdə o, saat 12-də atasının qəbrini ziyarət etmək üçün getmiş və saat 14-də evə gəlmişdir. Həmin gün Zərərçəkmiş şəxs ilə aralarında heç bir münaqişə və söz-söhbət olmamış, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs onu şərləyir və döyməsini bildirməsinin heç bir əsası yoxdur. Şəxs qeyd olunanların nəzərə alınıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Taryel və anası onunla qonşudurlar və uzun müddətdir ki, aralarında torpaqla bağlı mübahisələri vardır. 16 iyul 2024-cü il tarixdə günorta vaxtı evdə olarkən Taryelin anası yenə də onların həyətinə zibil atdığını görmüş və ona zibi atmamasını, işlərinin məhkəmədə davam etdiyini bildirmişdir. Bundan sonra Taryelin anası ona “səni çərlədib öldürəcəyəm” kimi ifadələr işlətmiş və Mənzurə əlinə bel götürərək onun üzərinə gələrkən oğlu Taryel anasının qarşısına keçmiş və onların hər ikisi də yerdə olan daş və torpaq parçalarını götürüb ona atmağa başlamışlar. Taryel və Mənzurə tərəfindən atılan daş parçaları onun baş, qarın və sinə nahiyələrinə dəymiş və zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt yanlarında heç kim olmasa da, səslərinə qonşuları olan İnqilab və Mənzər gəlib ona kömək etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zabit qızı izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs qonşuları Şəxs və Mənzurə Əliyeva ilə bir ilə yaxındır ki, torpaq mübahisəsi vardır. 16 iyul 2024-cü il tarixdə bələdiyyə sədri ona zəng edərək anasının döyüldüyünü bildirmiş, o da dərhal DİN-in 102 xidmətizəng mərkəzi sisteminə və X12 mərkəzinə məlumat vermişdir. Hər iki xidmətin əməkdaşları dərhal hadisə yerinə gəlmişdir. O, hadisənin necə baş verdiyini görməmiş, lakin anasının xəstəxanada vəziyyətinin pis olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, o, Şəxs və Zərərçəkmiş şəxs ilə qonşudur. 16 iyul 2024-cü il tarixdə günorta vaxtı səs-küy eşitmişlər. Həmin vaxt Taryel və anasının Zərərçəkmiş şəxs ilə dalaşdığını görmüşlər. O, Gövhərin yerdə oturduğunu görüb dərhal ona yaxınlaşdığında Taryel və anasının onu torpaq parçası ilə vurduğunu və həmin torpaq parçalarının onun sinə və baş nahiyəsinə dəydiyini bildirmişdir. O, Gövhəri yerdən qaldıraraq evinə aparmış, təzyiqini ölçmüş, təzyiqi yüksək olduğundan X12 çağırılmış və sahə rəisinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra təcili yardım gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Daha sonra Şahid2 verilən sualları cavablandırarkən bildirdi ki, Taryelin yerdən torpaq parçası götürüb atdığını görmüşdür. Taryel və anası qapını açıb baxarkən onun Zərərçəkmiş şəxs aparmasını görmüşlər. Taryel sakit təbiətlidir və iki uşağı vardır. Arvadı xəstədir və ayaqları tutulub. Aylardır arvadı Şəkidə yaşayır və bir ay olar ki, uşaqları da anasının yanındadır. Taryeldə hər hansı bir psixi pozuntusu olmasının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi Elşən Şirinov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli raportun surətindən görünür ki, 16 iyul 2024-cü il tarixdə, saat 14:54-də Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan Şahid1 Zabit qızı DİN 102-XZM-nə zəng edərək anasının qonşuları Taryel və Mənzurə tərəfindən döyülməsi barədə məlumat vermişdir. Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi Elşən Şirinov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 16 iyul 2024-cü il tarixli raportun surətindən görünür ki, 16 iyul 2024-cü il tarixdə, saat 16:40-da Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi X9 rayon Polis Şöbəsinə zəng edərək, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin əziyi xəsarəti ilə Ağdaş rayon mərkəzi xəsətəxanasına müraciət etməsi barədə məlumat vermişdir. Ağdaş rayon X5 Şöbəsinin rəisi Rəşid Musayev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 17 iyul 2024-cü il tarixli raportun surətindən görünür ki, Ağdaş rayonu, Yuxarı Nemətabad kənd sakini 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin əziyi diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Məhkəmə tibbi-ekspertizasının 18 iyul 2024-cü il tarixli, 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – döş qəfəsinin ön sol yuxarı hissəsinin yumşaq toxumasının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti 16 iyul 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. Ağdaş rayon X5 Şöbəsinin təhqiqatçısı X2 24 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının surətindən görünür ki, 16 iyul 2024-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda Zərərçəkmiş şəxs qonşuları X4 və Şəxs tərəfindən döyülməsi müəyyən olunmuş, ona görə də X4 və Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında 25 iyul 2024-cü il tarixli qərardaddan görünür ki, X4 və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından onların barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X5 Şöbəsinin təhqiqatçısı X2 əsasında inzibati iş üzrə icraat başlanılmışdır. Ağdaş rayon Polis Şöbəsinin 29 iyul 2024-cü il tarixli arayışından görünür ki, rayon Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, lakin Şəxs kartotekasında heç bir məlumat olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, ekspert rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qonşusu Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, qonşusu Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi barədə verdiyi izahata məhkəmə tənqidi yanaşır və həmin izahatın özünü müdafiə xarakteri daşımaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı zərərçəkmiş şəxsin və şahidlərin izahatları, o cümlədən iş materiallarında olan ekspert rəyi və digər sübutlarla təkzib olunur. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, zərərçəkmiş şəxsin Şəxs həbs olunmaması, ona cərimə tənbeh tədbirinin təyin edilməsi barədə təklifini nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat miqdarında pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülsün. Cərimə tənbehinin Şəxs tutulmasına dair qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-357/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-357/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver