Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-358/2021 24.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Ağdaş RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 06 sentyabr 2021-ci il tarixli, AP0024866 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, EQ5603461 nömrəli inzibati təhbeh vermə haqqında elektron qərara əsasən 20 (iyirmi) manat, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş 05 mart 2021-ci il tarixli, EQ5798071 nömrəli inzibati təhbeh vermə haqqında elektron qərara əsasən 20 (iyirmi) manat və Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş 10 mart 2021-ci il tarixli, EQ5840309 nömrəli inzibati təhbeh vermə haqqında elektron qərara əsasən 20 (iyirmi) manat inzibati qaydada cərimələr edilmiş, qəbul edilmiş inzibati təhbeh vermə haqqında elektron qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan Ağdaş rayon PŞ-nin DYPB-dən tərəfindən məhkəməyə təqdim edilmiş arayişdən görünür ki, Şəxs EQ5603461 nömrəli, EQ5798071 nömrəli və EQ5840309 nömrəli inzibati təhbeh vermə haqqında elektron qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası DİN Ağdaş RPŞ tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli, AP0024866 nömrəli inzibati təhbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş EQ5603461 nömrəli, EQ5798071 nömrəli və EQ5840309 nömrəli inzibati təhbeh vermə haqqında elektron qərarlar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Azərbaycan Respublikası DİN Ağdaş RPŞ tərəfindən Şəxs barəsində 529.3cü maddəsi ilə tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli, AP0024866 nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-358/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-358/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver