Məhkəmə qərarları › İş №3(014)-358/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-358/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-358/2024 30.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızının, onun nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1952-ci ildə Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızını vuraraq ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X2 24 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə rəisi X4 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızını vuraraq ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X2 24 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində ünvanında yaşadığını, Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızının onun qonşusu olduğunu, əvvəllərdə aralarında mübahisə olmadığını, lakin sonradan Gövhərin ondan torpaq istəməsi səbəbindən aralarında mübahisə olduğunu, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdə olduğunu, həmin gün Gövhər ilə mübahisə etmədiyini, Gövhərin onun barəsində əsassız şikayət etdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızı izahatında Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində ünvanında yaşadığını, Şəxs onun qonşusu olduğunu, əvvəllərdə Mənzurə ilə aralarında mübahisə olmadığını, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində həyətə düşdüyünü, qonşuları Şəxs və Taryel Əliyevin onun həyətinə zibil tökdüklərini gördüyünü, bu zaman onlara öz iradını bildirdiyini, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Mənzurə və Taryel onu daşla vurduqlarını bildirdi. Məhkəmə iclasında Şahid izahatında Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində ünvanında yaşadığını, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində həyətdə olan zaman Şəxs ilə Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızının mübahisə etdiklərini gördüyünü, mübahisə zamanı Mənzurə Gövhəri daşla vurduğunu gördüyünü bildirdi. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 554 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızının bədənində olan xəsarət – döş qəfəsinin ön sol yuxarı hissəsinin yumşaq toxumasının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və şahidin məhkəməyə verdiyii izahatı, ekspert rəyi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs Məhəmmədiyyə qızını vurmadığını bildirməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar