Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-359/2020 17.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Malay kəndinin yolunda həmkəndlisi Zərərçəkmiş şəxs Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə və dava-dalaş zamanı oğlu X2 ilə birlikdə Zərərçəkmiş şəxs Yaqub oğlunu döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişlər. Buna görə Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Malay kəndinin yolunda həmkəndlisi Zərərçəkmiş şəxs Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə və dava-dalaş zamanı oğlu X2 ilə birlikdə Zərərçəkmiş şəxs Yaqub oğlunu döyərək ona xəsarət yetirdiyini, hazırda Zərərçəkmiş şəxsla barışdığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs Yaqub oğlu məhkəmə iclasında xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Malay kəndinin yolunda həmkəndliləri Şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı X1 onu döyərək xəsarət yetirdiyini, hazırda onunla barışdığını və şikayətçi olmadığını bildirdi və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Yaqub oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1967-ci ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Malay kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-359/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-359/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver