Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-36/2021 05.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiBakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində xx xxxxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə İXM-nin 485.2-ci maddəsi ilə 00100- 0172/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Belçikadan 33AZT38/33AZT39 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********8910 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********8910 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin düzgünlüyünün araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 33AZT38/33AZT39 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi il müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC tərəfindən heç kim məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Şəxs MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəməyə təqdim edilmiş X1 Sistemi informasiya resursuna BBGİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda görünür ki, Şəxs MMC-nin ünvanına Belçikadan 33AZT38/33AZT39 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********8910 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********8910 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin düzgünlüyünün araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 33AZT38/33AZT39 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi il müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir nəticədə Şəxs MMC tərəfindən Gömrük qaydaları əleyhinə inzibati xəta törədilmişdir Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə - vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs MMC hüquqi şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: «Şəxs » MMC-yə İXM-nin 485.2-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-36/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-36/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver