Məhkəmə qərarları › İş №3(014)-36/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-36/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-36/2025 13.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 yanvar 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu keçən hissəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, YPXA–nın 8-ci taqımın əməkdəşlarına qanuni tələbinə qəsdən tabe olmamışdır. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu keçən hissəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, YPXA–nın 8-ci taqımın əməkdəşlarına qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu, Orta Ləki kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə o, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 2-ci kilometriliyində ona məxsus olan VAZ-21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu, Orta Ləki kəndinə evə gedərkən polis əməkdaşları onu saxlayıb, yolun əks istiqaməti ilə hərəkət etməsinin səbəbini soruşmuşlar və sənədlərini istəmişlər. O, sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Daha sonra onun sürücülük vəsiqəsi olmadığı üçün onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər, o, getməkdən imtina etmişdir. Bundan sonra onu sərxoşluğunun müəyyən edilməsi üçün Mingəçevirə aparmışlar, lakin o, Mingəçevirdə sərxoşluq müayinəsndən keçməkdən imtina etmişdir. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə öz əməlindən çox peşmandır. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şəxs bildirdi ki, onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. Hadisə baş verən gün o, əmisi oğlu ilə Ağdaşda kafedə yemək yeyib evinə qayıtmışdır. O, həmin vaxt spirtli içki qəbul etməmişdir, sərxoşluq müayinəsindən keçmək istəməmiş, çünki hər şeyin qanuni yoxlanılacağına əmin olmaq istəmiş, heç kim də buna dair ona zəmanət verməmişdir. Avtomobilinin kapotunu açmaqda məqsədi avtomobili heç kim yerindən tərpətməsin deyə boruları dartıb qopartmaq olmuşdur. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 8-ci tağım yol patrul inspektoru, polis baş serjantı İman Mahmudlu ilə birlikdə **-YP-*** saylı patrul avtomobili ilə Bakı- Qazax-Gürcustan sərhəd yolunun 261-ci kilometriliyində VAZ-21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb əks istiqamətdə idarə etdiyi üçün sürücüyə özünü təqdim edən zaman sürücüdən kəskin spirt iyi gəldiyi üçün ondan sənədlərini təqdim etməsini istəmiş, sürücü sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Həmin vaxt sərxoşluq müayinəsundən keçirmək üçün sürücünü müvafiq quruma dəvət etdikdə sürücü avtomobilindən düşüb öz avtomobilini yandırmağa cəhd göstərmiş və həmin vaxt ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyməyə başlamişdir. Onu polisin qanuna tələbinə qəsdən tabe olmadığı üçün nizam-intizama dəvət edib, sonra Mingəçevir şəhər Narkolojı Dispanserə yollamış, sürücü dispanserdə müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra sürücünü Ağdaş rayon Polis şöbəsinə dəvət edib gətirib növbətçi hissəyə təhfil vermişlər. X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə 8-ci tağım yol patrul inspektoru, polis baş serjantı Rəşad Məmmədov ilə birlikdə **-YP-*** saylı patrul avtomobili ilə Bakı-Qazax-Gürcustan sərhəd yolunun 261-ci kilometriliyində VAZ- 21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb əks istiqamətdə idarə etdiyi üçün sürücüyə özünü təqdim edən zaman sürücüdən kəskin spirt iyi gəldiyi üçün ondan sənədlərini təqdim etməsini istəmiş, sürücü sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Həmin vaxt sərxoşluq müayinəsundən keçirmək üçün sürücünü müvafiq quruma dəvət etdikdə sürücü avtomobilindən düşüb öz avtomobilini yandırmağa cəhd göstərmiş və həmin vaxt ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyməyə başlamişdir. Onu polisin qanuna tələbinə qəsdən tabe olmadığı üçün nizam-intizama dəvət edib, sonra Mingəçevir şəhər Narkolojı Dispanserə yollamış, sürücü dispanserdə müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra sürücünü Ağdaş rayon Polis şöbəsinə dəvət edib gətirib növbətçi hissəyə təhfil vermişlər. İş materiallarında olan diskə baxış keçirilərkən, Şəxs polis əməkdaşları ilə mübahisə etdiyi, hətta onlarla əlbəyaxa olmağa cəhd etdiyi, avtomobilinin ön hissəsini açaraq borunu dartmağa çalışdığı polis əməkdaşının ona mane olduğu, hətta yanında olan əmisi oğlunun onu sakitləşdirməyə çalışdığı məlum olur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 yanvar 2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 yanvar 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar