Məhkəmə qərarları › İş №3(014)-361/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-361/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-361/2020 08.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, şikayət vermiş şəxs S.Əkbərovun, Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru E.Qasımovun iştirakı ilə, S.Əkbərovun Ağdaş rayon Polis şöbəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilərək qarşı tərəf barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X9 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2020ci il tarixində kənd ərazisində qardaşına məxsus olan etibarnamə ilə idarə etdiyi VAZ 21061- 10BB543 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olub nizamlanmayan yol ayrıcında sola doğru manevr edən zaman sol tərəfdən yüksək surətlə gələn avtomobilin ona yol verməyəcəyini hiss etmişdir. Baş verə biləcək hadisənin qarşısını almaq üçün əlindən gələn təhlükəsizlik tədbirlərini görmüşdür.Amma ona yaxınlaşan avtomobilin sürücüsünün diqqətinin yolda olmadığını və telefonla məşğul olduğunu dəqiqliyiylə görmüşdür. Son çarə olaraq hadisənin qarşısını almaq məqsədiylə səs siqnalından istifadə etmişdir. Buna baxmayaraq qarşıdan ona surətlə yaxınlaşan HYUNDAİ İX-35 MARKALİ 32BG046 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün diqqətini yola cəlb edə bilməmiş və nəticədə nəqliyyat hadisəsi qaçılmaz olmuşdur. Qanuna uyğun olaraq hadisə yerinə Dövlət Yol Polisi əməkdaşını çağırmışdır. Hadisəni araşdıran Ağdaş RPŞ-nin Yol Patrul Xidməti inspektorunun doğru-dürüst hadisəyə qərar verməmiş və VAZ 21061- 10BB543 minik avtomobilinin sürücüsü, yəni o, təqsirli sayılmışdır. HYUNDAİ İX-35 MARKALİ 32BG046 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün hərəkətində qeyri dəqiqlik hiss etdiyindən onda haqlı olaraq şübhə yaranmışdır ki, həmin sürücü ya sərxoşdur,yada güclü təsiredici vasitələrdən istifadə etmişdir. Elə bu səbəbdən inspektorlardan xahiş etmişdir ki, onları həkim müayinəsindən keçirsinlər. Odur ki, hadisə rəsmiləşdirilən zaman Yol Patrul Xidməti haqqında təlimat, həmçinin Nazirlər Kabinetinin 209 saylı əsasnaməsinin tələbləri pozulmuşdur. Belə ki, onların müayinəsi Yol Polisi inspektorunda olan kustar üsulla hazırlanmış, AZS standartlarının tələbinə cavab verməyən ÇİN istehsalı olan müayinə aparatı ilə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun iştirakı ilə baş verən hadisəyə YPX-in inspektoru tərəfindən dəqiq və düzgün qərar verilməmişdir. Belə hesab edir ki,ona qarşı yazılmış inzibati qərar qanunsuzdur. Çünki,o, X11 qanunun 77-ci maddəsinin tələblərini pozmamışdır. Hadisənin baş verdiyi yer "X3" və o, yol ayrıcına HYUNDAİ İX-35 MARKALİ avtomobilə nisbətdə üstünlüyə malikdir. Odur ki,onun sağında yerləşmişdir. O, X2 riayət etmiş və belə hesab edir ki, həm digər nəqliyyat vasitəsi və İnspektorlar tərəfindən hüquqları kobudcasına pozulmuşdur. Etiraz etsə də onu dinləyən olmamışdır və ona qarşı İnzibati tənbeh etmə haqqında TP ******* qərar qəbul edilmişdir. Qərardan narazı qalıb aidiyyəti üzrə şikayət etmiş və şikayətinə cavab məktubunu l0.09.2020-ci il tarixdə rəsmi qaydada poçt vasitəsiylə qəbul edəndən sonra, haqsızlığı bərpa etmək üşün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd etmək istəyir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş izahat polis inspektorlarının təkidi ilə onun tərəfindən yazılmışdır. Hesab edir ki,qərar əsassız olduğundan ləğv edilməlidir. Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru Emin Qasımov məhkəmə iclasında bildirdi ki, şikayət verən şəxs olan X9 barəsində inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı o, tərtib etmişdir. Qeyd etmək istəyir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 10:30 radələrində X9 etibarnamə ilə istifadəsində olan VAZ 21061-10BB543 dövlət nömrə nişanlı avtomobillə Ağdaş rayonu,Tatlar kənd ərazisində hərəkətdə olan zaman ikinci dərəcəli yoldan birinci dərəcəli yola çıxarkən yol ayrıcına daxil olmuş hərəkətdə olan HYUNDAİ AX-35 MARKALİ avtomobili görməmiş yol ayrıcını sona qədər boşalda bilməmiş və avtomaşının arxasındakı yarımqoşqu ilə toqquşmuşdur. Samir Əkbərov yolayrıcıkeçmə qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək,inzibati tənbeh vermə haqqında qərara əsasən 60 manat məbləğində cərimə edilmişdir.Qeyd etmək istəyir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş izahat Samir Əkbərovun şəxsən özü tərəfindən yazılmış və imzalanmışdır. Şikayət vermiş şəxs X5 və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru Emin Qasımovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxsin cavabdeh olduğu 2(014)-1159/2020 saylı mülki iş üzrə Ağdaş Rayon Polis şöbəsindən tələb olunmuş və mülki iş materialına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 yolayrıcına keçmə qaydasını pozmuş,bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X9 inzibati xəta haqqında protokolla tanış olmuş,protokolla razılaşmış və heç bir etirazının olmamasını bildirmişdir. İşə əlavə olunmuşxx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X9 nəqliyyat vasitəsini yolayrıcını keçmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlirəm ki, Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru Emin Qasımov tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır, qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə iclasında X9 barəsində inzibati xəta haqqında protokol və buna müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar tərtib edilən gün inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə, işin bütün faktiki halları araşdırılmaqla, tərəflərin izahatları alınmaqla inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X8 izahatından görünür ki, o, hadisənin törədilməsində özünü təqsirli bilmiş, protokolla razılaşmış və heç bir etirazının olmadığını bildirmişdir. Samir Əkbərov məhkəmə iclasında izahatı polis inspektorlarının təkidi ilə yazdığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Samir Əkbərov qərardan şikayəti Samir Əkbərovun inzibati xəta törədən zaman zərərçəkmiş şəxs olan X1 X9 və qardaşı X6 mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə maddi ziyanın ödənilməsi barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra vermişdir,bununla da məhkəmədə maddi məsuliyyətdən azad olmaq təəsüratı yaratmışdır. Odur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Hesab edirəm ki, X7 şikayəti əsassız olduğundan təmin edilməməli, Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru Emin Qasımovun xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Ağdaş RPŞ-in Yol Patrul Xidmətinin inspektoru Emin Qasımovun xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar