Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-363/2022 13.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2022 saylı 05 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən 750 (yeddi otuz əlli) manat aliment borcunu qərəzli olaraq X1 ödəməmiş, icra məmuru Mahir Abbasovun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə onun barəsində 13 iyul 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2022 saylı 05 may 2022-ci il tarixli icra vərəqəsinin icraatına daxil olduğunu, bundan sonra 31 may 2022-ci il tarixdə tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın və tələbin könüllü icra edilməsi barədə bildirişin Şəxs rəsmi olaraq təqdim edildiyini, icra sənədinin icrası ilə bağlı borclu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İcra və Probasiya şöbəsinə çağırıldığını, ondan borcunu ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edildiyini, lakin Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, Şəxs izahatını bu gün, yəni 13 iyul 2022-ci il tarixdə aldığını, X1 olan borcunu qərəzli olaraq ödəmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən məlumatının olmadığını, qətnamənin ona verilmədiyini, yığılmış aliment borcu ilə bağlı icra məmuru tərəfindən ona hələ bu gün məlumat verildiyini və izahatının alındığını, Bakı şəhərində fəhlə işlədiyini, başqa heç bir gəlir yerinin olmadığını, maddi vəziyyəti yaxşı olmadığına görə tələb olunan aliment borcunu hazırda ödəyə bilmədiyini, lakin iyul ayının axırına qədər 200 manat və ondan sonra da yığılan borca görə hər ay 50 manat artıq ödəməklə təyin olunan alimenti vaxtı-vaxtında ödəməyə söz verdiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, yaranmış aliment borcu ilə bağlı icra məmuru tərəfindən Şəxs izahatı yalnız bu gün alınmış, aliment borcunun ödənilməsi ilə əlaqədar icra sənədi üzrə borcluya heç bir rəsmi xəbərdarlıq edilməmiş, icra məmuru tərəfindən qanunda nəzərdə tutulan bütün tədbirlər görülməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bu ilin iyul ayının axırına qədər 200 manat və ondan sonra da yığılan borca görə hər ay 50 manat artıq ödəməklə təyin olunan alimenti vaxtı-vaxtında ödəməyə söz verdiyini bildirmiş, eyni zamanda bunu İcra və Probasiya şöbəsində verdiyi izahatında da qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, odu ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-363/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-363/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver