Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-363/2025 17.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Ağdaş rayonunun Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun, Əmirarx kəndində qeydiyyatda olan, Yevlax rayonunun Quşçu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-1257/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs 4940 manat aliment borcu ödəməyərək icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu Şəxs borcunu ödəməsi ilə bağlı bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, lakin borclu borcunu ödəməkdən hər dəfə boyun qaçırmış və nəticədə 4940 manat aliment borcu yaranmışdır. Şəxs barəsində axtarış verilmiş Ağdaş rayon Polis şöbəsi tərəfindən tapılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Son 2 (iki) aydır heç bir ödəniş etməmişdir. Mülkiyyətində olan torpaq sahəsinin ümumi sahəsi 1 ha az olduğu üçün həmin torpaq sahəsinin üzərinə həbs qoymaq mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ona uşağını göstərmədikləri üçün aliment borcunu ödəmir, son iki ay ərzində heç bir ödəniş etməmişdir, əvvəllər isə alimenti vaxtında ödəyib. Hazırda, nə də sonra həmin məbləği ödəməyə imkanı yoxdur, barəsində yüngül tənbeh seçilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırda səhhətində ciddi problemlər olduğu üçün işləyə bilmir. Son iki aydır borclu heç bir ödəniş etməyib, aliment borcunun tam ödənilməsini istəyir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1257/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq Gözəlova (Nəcəfova) Məryəm Nazim qızına verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 13 iyun 2024-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 13 iyun 2024-cü il tarixli № e185091/2024-71-7-004 saylı bildirişin surətindən görünür ki, Şəxs borcun ödənilməsi üçün bildiriş 13 iyun 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 13 iyun 2024-cü il tarixli № e185091/2024-71-7-005 saylı məlumatdan görünür ki, Şəxs borcun ödənilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu xx xxxxx 1992-ci il təvəllüdlü Ağdaş rayonu Əmirarx kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 8/3-13-62/2-9377/2025 saylı 25 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində 23 aprel 2025-ci il tarixdə 220218 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən № 3-13-62/2- 15390/2025 saylı 15 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tapılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Ağdaş rayon Polis şöbəsinin rəisi Vəfalı Həsənalıyevə 15 iyul 2025-ci il tarixli № e290259/2024-71-001 saylı ünvanladığı raportdan görünür ki, Şəxs saat Ağdaş rayon İcra və Probasiya şöbəsinin inzibati binasından qaçmışdır. Həmin şəxsin bərəsində yenidən axtarış qərarı qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli № 3-21-3-35/2-4876/2024 saylı sənədə əsasən Şəxs mülkiyyətində olan **********80, **********66 və **********67 reyestr nömrəli torpaq sahələrinin verilməsinə dair sənəddən görünür ki, 0.88 ha torpaq sahəsi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-363/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-363/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver