Məhkəmə qərarları › İş №3(014)-364/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-364/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-364/2025 18.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi ilə, İnzibati Xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin X1 sahə rəisi VMİE X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1966-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17 iyul 2025-ci il tarixdə saat 12-də Ağdaş şəhəri M.İsayev küçəsində Ağdaş RPŞ-nin inzibati binasının qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, polisin “sakit ol sakitləş” qanuni tələbinə əl-qol hərkətləri ilə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi VMİE X10 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12-də Ağdaş şəhəri M.İsayev küçəsində Ağdaş RPŞ-nin inzibati binasının qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, polisin “sakit ol sakitləş” qanuni tələbinə əl-qol hərkətləri ilə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verməkdən imtina etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin PPXnin əməkdaşı X7 izahatında bildirdi ki, 17 iyul 2025-ci il tarixdə saat 12:00-radələrində Rauf Yunusovla xidmətdə olan zaman Müşviq İsayev küçəsində Ağdaş RPŞ-nin qarşısında bir nəfər şəxsin ucadan qışqıraraq söyüş söydüyünü eşidib, ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona sakit olmasını bildirsələr də sakitləşməyib ünvansız söyüşlər söymüşdür. Daha sonra vətəndaşı Ağdaş rayon Polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin PPXnin əməkdaşı X14 şahid Məhəmməd Əliyevlə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, gündəlik işləri ilə bağlı Ağdaş şəhərinə gələrək, şöbənin yaxınlığından keçən zaman bir nəfər şəxsin ucadan qışqıraraq söyüş söydüyünü eşitmiş, polis əməkdaşları həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışmışlar, lakin həmin şəxs nalayiq ifadələr işlətməyə davam etmişdir. Ətrafda çox sayda adamlar var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, 17 iyul 2025ci il tarixdə saat 12-də bankomatdan pul çəkmək üçün Ağdaş şəhəri M.İsayev küçəsində Ağdaş RPŞ-nin inzibati binasının qarşısında şöbənin keçərkən bir nəfər şəxsin ucadan qışqıraraq söyüş söydüyünü eşitmiş, polis əməkdaşlarının onu sakitləşdirməsinə baxmayaraq həmin şəxs nalayiq sözlər işlətməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Şəxs onun oğludur. Oğlu ilə aralarında mütəmadi olaraq münaqişə olur, 17 iyul 2025-ci il tarixdə oğlu Şəxs ev quşları saxlamasına görə evlərində münaqişə yaramış. o, da bu barədə Polis şöbəsinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Ağdaş rayon Orta Ləki kəndində qeydiyyatda olan, xx.xx.1966-cı il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 17 iyul 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin İTBnin polis nəfəri, polis serjantı Məhəmməd Əliyev tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəisi polis polkovnikı Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində X1 sahəsinin polis nəfəri, polis baş serjantı Rauf Yunusov ilə Ağdaş şəhər M.İsayev küçəsində olan zaman bir nəfərin şəxsin Ağdaş RPŞ-nin inzibati binasının qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyməsini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların “sakit ol, sakitləş” qanuni tələblərinə məhəl qoymayaraq əl-qol hərəkətləri ilə müqavimət göstərməyə və öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərməyə başladı. Bundan sonra həmin şəxsi gətirərək RPŞ-NİN Növbətçi Hissəsinə təhvil vermişlər, növbətçi hissədə məlum oldu ki, həmin şəxs Ağdaş rayon Orta Ləki kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1966-cı il təvəllüdlü Şəxsdur. İş materiallarında olan MN №2193070 saylı xx.xx.2025-ci il tarixli inzibati qaydada tutulma protokolundan məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:10-da inzibati qaydada tutulmuşdur. İnzibati qaydada tutulan şəxsə zahiri baxış zamanı bədənində heçbir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 13:10-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar