Məhkəmə qərarları › İş №3(014)-366/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-366/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-366/2025 18.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1989-cu il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında izahatı alınan zaman səs-küy salaraq ona sakit ol, sakitləş deyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir, Ağdaş rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar müstəntiq vəzifəsində işləyən Davud adlı şəxs tərəfindən izahat verməsi üçün xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət olunmuş, həmin tarixdə səhər saat 11 radələrində şöbəyə gəlmiş, Davud adlı şəxs orada olmadığından onu digər müstəntiq Sırac Kərimovun otağına göndərmişlər, orada Sırac Kərimov ona suallar vermiş, o da araşdırılan hadisə ilə bağlı heç bir əlaqəsini olmadığını demiş, təxminən 5-10 dəqiqə otaqda olduğu müddətdə otağa mülki geyimli polis əməkdaşları gəlmiş, onlar da sakitcə otaqda oturmuş, bu zaman o heç bir səs-küy salmamış, heç kimə qışırmamış, yaxud kiminsə qanuni tələbinə tabesizlik göstərməmişdir, lakin guya onun səs-küy salması əsası ilə barəsində qanunsuz olaraq protokol tərtib olunaraq polis tərəfindən tutulmuşdur. Buna görə də məhkəmədən barəsində olan 535.1-ci maddəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, Ağdaş RPŞ-də İB-nin müstəntiqi Davud Şəxməmmədovun icraatında olan HK-1/1173 saylı material xx.xx.2025-ci il tarixdə onun icraatına verilmiş, həmin material üzrə Şəxs izahatının alınması üçün Ağdaş RPŞ-yə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində o, polisin inzibati binasında onun xidməti otağında olarkən izahat verməkdən imtina edərək səs-küy salmağa başlamış, sonuncuya sakit olmasını izah etsə də Şəxs sakitliyə riayət etməmiş, odur ki, həmin vaxt dəhlizdə olan CAB-ın əməliyyat müvəkkilləri Kaman Qələndərov, Nicat Hüseynov və PPXB-nin polis nəfəri Səməd Mustafayev otağa daxil olaraq Şəxs səs-küy salmamasını və öz hərəkətlərinə son qoymasını tələb etsə də Şəxs öz qanunsuz əməlini davam etdirərək, onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında X5 və X2 X1 izahatında göstərdiklərini təsdiq edərək onunla eyniməzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 2 azyaşlı uşağı - xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 vardır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ**********4393422252, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar