Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-368/2025 21.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1997-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,Kəlbəcər rayonu, Başkənd kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Rusiya istehsalı, gül formasında çəkisi 0,45 qr olan 583 əyarlı, qızıl komplektli(sırğa, üzük , sep, qolbaq və sep klonu) özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 3200 manat, 585 əyarlı Türkiyə istehsalı, 0,6 qr olan tək brilyant qaşlı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 900 manat və xalası tərəfindən iddiaçıya hədiyyə edilmiş 0,9 qr olan paxlava formasında 583 əyyarlı Rusiya istehsalı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmadıqda dəyəri 765 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmiş və borclu xx.xx.2025-ci il tarixdə həmin bildirişi qəbul etmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatında iş yeri olmadığını, hər ay 208 manat aliment ödədiyini, 100 manat da əmlak borcuna ödədiyini, ona görə də borcu tam ödəyə bilmədiyini göstərmişdir. Hazırda borclunun 4438 manat borcu vardır və o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin icra məmurunun çağırışlarına gəlməmiş, məcburi qaydada icra idarəsinə gətirilmişdir. Hazırda cəmi 4438 manat borc ödənməmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir, beləki o, hər ay Zərərçəkmiş şəxs 208 manat aliment ödəyir və günəmuzd işlədiyi üçün əlində nə pulu qalsa 80 manat ,100 manat da borcla bağlı ödəniş edir. Hazırki tarixədək də qızılla bağlı borcdan 615 manat əlavə olaraq da əlinə düşdükcə ödəniş etmişdir. Buna görə də qərarı qərəzli icra etməməsi ilə razılaşmır və barəsində olan 528.1-ci maddəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs əslində maddi imkanı vardır, lakin o qəsdən ödəniş etmi, qızı Zərərçəkmiş şəxs uşağın alimenti ilə bağlı etdiyi ödəniş edir, lakin qızılla bağlı borcunu vermir, odur ki, xahiş edir ki, borclunun barəsində qanuni tədbir görülsün. İş materiallarına əlavə edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Rusiya istehsalı, gül formasında çəkisi 0,45 qr olan 583 əyarlı, qızıl komplektli(sırğa, üzük , sep, qolbaq və sep klonu) özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 3200 manat, 585 əyarlı Türkiyə istehsalı, 0,6 qr olan tək brilyant qaşlı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 900 manat və xalası tərəfindən iddiaçıya hədiyyə edilmiş 0,9 qr olan paxlava formasında 583 əyyarlı Rusiya istehsalı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmadıqda dəyəri 765 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına ayrı-ayrı vaxtlarda 30 manat, 50 manat və 100 manat dəyərlərində köçürmələr edilmişdir. İş materiallarına əlavə edilmiş, “icraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1284/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş, tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1284/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin nümayəndəsinin, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, yalnız hissə-hissə olmaqla ümumi borcun az hissəsini ödəmişdir.Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-368/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-368/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver