Məhkəmə qərarları › İş №3(014)-369/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-369/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-369/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25 iyul 2021-ci il tarixdə, saat 07:00 radələrində Ağdaş rayon mal-heyvan bazarında həmkəndlisi Zərərçəkmiş şəxs Ələsgər oğlunu şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan politelin boru ilə sonuncunun boyun nahiyəsinə və sağ dirsək nahiyəsinə qəsdən vuraraq döymüşdür. Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru E.Kərimlinin 11 sentyabr 2021-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğuna görə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-ə göndərilmişdir. Buna görə Şəxs barəsində 23 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və Zərərçəkmiş şəxs tanıdığını, onunla eyni kənddə yaşadıqlarını, onun Zərərçəkmiş şəxs adlı şəxslə heç bir ədavətinin olmadığını, həmkəndlisi Zərərçəkmiş şəxs 27.06.2021-ci il tarixdə atası X2 yaşadıqları evin küçəsində aralarında mübahisə və dava-dalaş baş verdiyini, bununla bağlı da Ağdaş RPŞ-də araşdırma aparıldığını, 24.07.2021-ci il tarixdə Ağdaş rayon Zeynəddin kənd ərazisində yerləşən mal bazarı deyilən yerə müştərinin satması üçün özünə məxsus ağ rəngli VAZ 2107 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə heyvan apardığını və həmin vaxtda mal bazarında heyvanlara baxmaq üçün gəzdiyini, təxminən saat 07:00 radələrində mal bazarında gəzən zaman həmkəndlisi Zərərçəkmiş şəxs mal bazarında olduğunu gördüyünü, həmin vaxtda təxminən 50 sm uzunluğunda əlində ağ rəngli kapron su şlankı olduğunu, həmkəndlisi Zərərçəkmiş şəxs çağırdığını və nə üçün atasını vurmasını bildirdiyini və bu zaman Zərərçəkmiş şəxs ona fikir verməyib onun yanından keçib gedən zaman özündə olmadan əsəbi halda bir dəfə əlində olan ağ rəngli kapron su şlanklı ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuran zaman Alxasın geriyə dönərək əli ilə onun sol boyun nahiyyəsindən və sağ qolaltı nahiyəsindən tutduğunu, əlbəyaxa olduqlarını və daha sonra Alxasın yerdən əlinə daş götürüb ona atan zaman daşın qarşısından qaçdığını, ikinci dəfə yenə də Alxasın yerdən daş götürüb ona atmaq istəyən zaman orada olan həmkəndlisi Sirac Cəbrayılovun onu vurmaması üçün Alxasın əlindən daşı aldığını, daha sonra öz idarə etdiyi avtomobilinə əyləşərək öz yaşadığı evə getdiyini, özünün də həmkəndlisi Zərərçəkmiş şəxslə dava-dalaş etməyinin səbəbinin 27.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs öz yaşadıqları evin küçəsində atası Məzahir Mustafayevi döyməsi olduğunu, 24.07.2021-ci il tarixdə təxminən saat 07:00 radələrində Ağdaş rayon Zeynəddin kənd ərazisində yerləşən mal bazarı deyilən yerdə dəyənəklə deyil, əlində olan kapron ağ rəngli su şlankı ilə bir dəfə Alxasın baş nahiyyəsindən vurduğunu, əlində heç bir bıçaq və ya kəsici alət olmadığını, dava-dalaş zamanı Zərərçəkmiş şəxs sağ qol nahiyyəsindən xəsarət yetirmədiyini, ola bilsin ki, onunla Zərərçəkmiş şəxs əlbəyaxa olan zaman əlində olan kapron su şlankı Alxasın sağ qol nahiyyəsinə xəsarət yetirdiyini, baş vermiş dava-dalaşın təxminən 3-4 dəqiqə davam etdiyini, orada olan şəxslərin kim olmasını bilmədiyini və tanımadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs Ələsgərov oğlu məhkəmə iclasında verdiyi ifadəsində Şəxs tanıdığını, onunla eyni kənddə yaşadığını, onunla Şəxs adlı şəxslə heç bir ədavətinin olmadığını, 27.06.2021-ci il tarixdə Nuraninin atası Məzahir Mustafayevlə yaşadıqları evin küçəsində aralarında mübahisə və dava-dalaş baş verdiyini, bununla bağlı da Ağdaş RPŞ-də araşdırma aparıldığını, Nuraninin atasının yaşadıqları kəndə su pulu yığmaqla məşğul olduğunu və həmin gün Nuraninin atası Məzahirin onunla su ilə bağlı mübahisə etdiyini, həmin mübahisədən sonra 24.07.2021-ci il tarixdə təxminən saat 07:00 radələrində Ağdaş rayon Zeynəddin kənd ərazisində yerləşən mal bazarı deyilən yerə təsərrüfatında olan bir baş camış heyvanını satmaq üçün getdiyini, həmin vaxt mal bazarının həyətində öz avtomobilindən yerə düşən zaman həmkəndlisi Şəxs Əlyar Xasıyev adlı şəxslə özündən təxminən 3-4 metr aralıda söhbət etdiklərini gördüyünü, özünün də avtomobilindən kənarlaşıb mal bazarının içərisinə tərəf gedən zaman və Şəxs yanından təxminən 2-3 metr uzaqlaşan zaman qəfildən Şəxs əlində olan politelon su turbası ilə onun baş və boyun nahiyyəsindən bir neçə dəfə vuran kimi yerə yıxıldığını, həmin vaxt yerdən ayağa qalxaraq həmkəndlisi Mustafayevin bədənindən əlləri ilə tutaraq ayağını Nuraninin ayağına ilişdirərək Nuraninin yerə yıxan zaman kənarda olan həmkəndlisi Əlyar Xasıyev və digər ətrafda tanımadığı şəxslərin onları bir-birindən ayırdıqlarını, həmin vaxtda həmkəndlisi Əlyarın Nuraninin əlində olan və onu vurduğu kapron su turbasın götürərək onun avtomobilinin qoşqu hissəsinə qoyduğunu, özünün də həmin vaxt özünə məxsus ağ rəngli “VAZ 2106” markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşərək yaşadığı Ağdaş rayon Qumlaq kəndindəki evinə getdiyini, onu təcili yardım avtomobilinin Ağdaş rayon xəstəxanasına gətirdiyini və orada müayinə edildikdən sonra Mingəçevir şəhərinə müayinə olunmaq üçün getdiyini, orada özəl xəstəxanada müalicə olunduğunu, ona 530 manat ziyan dəydiyini, inzibati xəta törədən şəxsin ondan indiyə kimi üzr istəmədiyini, ona dəymiş ziyanı ödəmədiyini, əgər inzibati xəta törədən şəxs ona dəymiş 530 manat ziyanı ödəyərsə onunla barışacağını, hazırda isə onunla barışmadığını və şikayətçi olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunu, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq X1 barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 24 avqust 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Qarasuqumlaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib dörd yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar