Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-369/2022 18.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 16 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun baldızıdır. Baldızı Zərərçəkmiş şəxs ilə arasında əvvəllər heç bir mübahisə və dava-dalaş baş verməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində baldızı Zərərçəkmiş şəxs evə gəlmişdir. Baldızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində paltarları ipin üzərinə sərdiyi zaman, Şöhlə ona “sənin cücələrinə görə mən paltarları burada asmağa yer tapa bilmirəm" deyə söyləmişdir. Bunun üstündə baldızı Şöhlə ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı baldızı Şöhlə əlləri ilə onun qol nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Bu vaxt oğlu Məhəmməd gəlmiş və onları aralaşdırmışdır. Onların arasındakı mübahisə və davadalaş xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı evin həyətində baş vermiş və 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və davadalaş zamanı o, Şöhləni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və dava-dalaş zamanı o, Şöhləyə nalayiq ifadələr işlətməmişdir. Lakin Şöhlə ona nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və dava-dalaş zamanı Şöhlə əlləri ilə qol nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə arasında olan mübahisə və dava-dalaş zamanı orada ondan və Şöhlədən başqa heçkim olmamış, yaranmış səs-küyə oğlu Məhəmməd gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun doğma qardaşı Məhəmmədəlı Paşayevin arvadıdır. Şəxs ilə arasında əvvəllər heç bir mübahisə və dava-dalaş baş verməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində o, evə gəlmişdir. Yaşadığı evin həyətində özünə məxsus olan paltarları ipin üzərinə sərdiyi zaman, Şəlalə gəlmişdir. Şəlalə ona “mənə məxsus olan ipin üzərinə paltarları sərmə” deyə söyləmişdir. Bunun üstündə Şəlalə ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Şəxs əlləri ilə onun üz nahiyəsindən və sağ qolundan vuraraq ona xəsarət yetirmişdir. Bu vaxt Şəxs oğlu Məhəmməd gəlmiş və anası Şəlaləni ondan aralaşdırmışdır. Onların arasındakı mübahisə və dava-dalaş xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı evin həyətində baş vermiş və 3-5 dəqiqə davam etmişdir. Şəxs ilə arasındakı mübahisə və dava-dalaş zamanı o, Şəlaləni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Şəxs ilə arasındakı mübahisə və dava-dalaş zamanı o, Şəlaləyə nalayiq ifadələr işlətməmiş, lakin Şəlalə ona nalayiq ifadələr işlətmişdir. Şəxs ilə arasındakı mübahisə və dava- dalaş zamanı Şəlalə əlləri ilə onun üz nahiyəsindən və qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Şəxs ilə arasında olan mübahisə və davadalaş zamanı orada ondan və Şəlalədən başqa heçkimin olmamış, yaranmış səs-küyə Şəlalənin oğlu Məhəmməd gəlmişdir. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş rayonunun Məşəd küçəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 19 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 19 iyun 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-369/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-369/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver