Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-369/2024 30.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, məhkəmə iclasının katibi X2, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxx 1977-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş Rayon Suvarma Sistemləri İdarəsində nəzarətçi işləyən, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 40186 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir və Şəxs 40186 manat məbləğində borcu üzürsüz səbəbdən ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 40186 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 04 aprel 2023-cü il tarixdə icraatına daxil olmuş və həmin tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və borcun vaxtında ödəməsi ona izah edilmiş, eyni zaman da izahatı alınmış və borclu Şəxs borcunu ödəməkdən imtina etmədiyini, lakin hazırda tələb olunan borcu ödəmək iqtidarında olmadığını bildirmişdir. 17 may 2024-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati-ərazi dairəsi üzrə icra nümayəndəsinə Şəxs ünvan 1ində yaşayıb-yaşamaması, ona məxsus-mal-qara, digər ev heyvanlarının olub-olmamasına dair sorğu göndərilmiş, sorğuya cavab olaraq Şəxs mal-qarasının olmamasına dair nümayəndəlikdən cavab verilmişdir. 30 iyul 2024-cü il tarixdə Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuşdur. İzahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, hazırda tələbkar Zərərçəkmiş şəxs iki uşağın saxlanılması üçün 320 manat məbləğində aliment ödəyir, eyni zamanda digər borc üçün də iki yüz manat məbləğində pul əmək haqqından tələbkarın xeyrinə tutulur. Hazırda olan borc texnikaların dəyərinin yarısının bölünməsidir ki, tələbkar həmin texnikaların dəyərinin səksən min manat olduğunu iddia edir. Özünün əmək haqqı həm aliment, həm də digər borc üçün tutulduğundan tələb olunan məbləğin tərəfindən ödənilməsi hazırda mümkün deyildir. Digər məhkəmə iclasında tələbkar israrla həmin texnikaları istəmiş, hətta o, həmin borca qarşılıq olaraq tələbkara iddia predmeti olan avtotexnikaların ona verilməsini təklif etmiş, nəzərə alınsa ki, həmin texnikaların hazırda qiyməti 80-70 min manat məbləğindədir və işlək vəziyyətdədir, lakin tələbkar təklifini qəbul etməmişdir. Hazırda təklifi yenə də keçərlidir. Belə ki, həm texnikalarda kombaynın qiyməti 60000 manat, traktorlardan birinin qiyməti 20000, digərinin isə 15000 manat qiyməti vardır. Həmin texnikaları qanuni yolla borcluya verməyə hazırdır. Həmçinin həmin təklifi barədə icra məmuruna da məlumat vermişdir. Hazırda tələb olunan borcu ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınıb. Barəsində olan inzibati xəta haqqında iç üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda sözügedən texnikalara aqrolizinqə məxsusdur. Onlar birinci instansiya məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində də Şəxs 30-35 min manat məbləğində kredit götürərək sözügedən texnikaların lizinqdən çıxarılaraq adlarına rəsmiləşdirilməsi, daha sonra satılaraq əldə olunan məbləğin aralarında bölüşdürülməsi, eyni zamanda həmin satışdan əldə olunmuş məbləğdə kredit borcunu bağlamalarına dair təklif irəli sürmüşlər, lakin Şəxs həmin təkliflə razılaşmamışdır. Nəticədə məhkəmə qətnaməsi ilə pul məbləğinin alınıb qızına verilməsinə dair qərar qəbul edilmişdir. Şəxs həmin qərarın qanunsuz çıxarılmasını iddia edir. Şəxs məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmir. Belə ki, onun adına torpaq sahəsi, villası, heyvanları və üç maşını var, lakin heç birini öz adına rəsmiləşdirilməmiş, həmin əmlakların özünə məxsus olmamasını bildirir. Onun özünə məxsus evi vardır. Qızı beş ildir ki, iki uşaqla onun yanında yaşayır. Tək istəyi qızına və övladlarına tələb olunan məbləğə əsasən evlə təmin etməkdir ki, qızının da özünə məxsus evi olsun. Odur ki, həmin məbləğin alınıb ona verilməsini xahiş edir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023cü il tarixli, 2(014)-122/2023 nömrəli qətnaməsi “ilk iddianın təmin edilməsi, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq iddiaçı Şəxs xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün Şəxs tərəfindən ödənmiş 50 manat məbləğində pulun Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq Şəxs ödənilməsi, Şəxs tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq Şəxs ödənilməsi” hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Şəxs cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun X1 alınaraq Şəxs ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, Şəxs tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu onun özünə aid edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi - qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Şəxs birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasına çəkilən xərcin yarısı olan 40186 (qırx min bir yüz səksən altı) manat məbləğində pul tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilmiş, qalan 150 (yüz əlli) manat hissə isə Şəxs tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh Şəxs və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. İşin materiallarında olan 04 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan Şəxs ünvanlanmış 04 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkərın nümayəndəsini, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 30 iyul 2024-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 30 iyul 2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-369/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-369/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver